Cümə günü, 20 noyabr 2026
     

İstanbul teraktının arxasında Rusiya-Türkiyə-İsrail barışığını pozmaq planları...

Image


Putin və Ərdoğan ilk böyük barışığa imza atdılar...
Şəmsəddin Əliyev: "Bunun Türkiyə-Rusiya münasibətlərinin yumşalması fonunda baş verməsi təsadüf deyil"
Məhəmməd Əsədullazadə: "Terror təşkilatları müəyyən dövlətlərin əlində bir vasitədir"

Xəbər verildiyi kimi, İstanbuldakı Atatarük Hava Limanında 50-dən artıq insanın ölümünə, 100-dən artıq şəxsin isə yaralanmasına səbəb olan terror aksiyası həyata keçirilib. Hadisədən dərhal sonra İŞİD terror təşkilatı terror aksiyasının məsuliyyətini öz üzərinə götürüb.
İstanbul terroru bir neçə sualın meydana çıxmasına səbəb olub. Ən vacib suallardan biri odur ki, teraktın Ankara-Moskva münasibətlərinin normallaşması zamanına təsadüf etməsi ilə bağlıdır. Belə ki, İŞİD məlum terror aktını nə üçün Ərdoğanın Putinə ünvanladığı məktubdan dərhal sonra həyata keçirdi? İŞİD-in Türkiyədən qisas almaq niyyəti olsaydı, terroru bir neçə gün, yaxud bir neçə həftə əvvəl də gerçəkləşdirə bilərdi. İndiki halda, daha dəqiq desək, Rusiya-Türkiyə münasibətlərinin normallaşmağa doğru getdiyi bir ərəfədə Türkiyədə qanlı terror aksiyasının həyata keçirilməsi onu deməyə əsas verir ki, teraktın həyata keçirilməsi təkcə İŞİD terror təşkilatının maraqları çərçivəsində deyil. Bu bir danılmaz faktdır ki, hazırkı situasiyada Ankara-Moskva münasibətlərinin normallaşmağa doğru getməsi Qərbin, Avropanın bəzi dairələrinin ürəyincə deyil. Tam əksi, həmin dairələr bu iki ölkə arasında gərginliyin daha da dərinləşməsi, münasibətlərin düşmənçilik həddinə gəlib çıxmasında maraqlıdır.
Ekspertlər baş verənləri necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Şəmsəddin Əliyevin sözlərinə görə, bunun Türkiyə-Rusiya münasibətlərinin yumşalması fonunda baş verməsi təsadüf deyil: "Aydın məsələdir ki, Türkiyə-Rusiya münasibətlərinin əleyhinə olan dairələr var. Onlar istəməz ki, münasibətlər qaydasına düşsün. Müəyyən dövlətlərin maraqları ola bilər ki, bunun qarşısı alınsın. Bütün bunlar təbii ki, ehtimallardır. Ancaq onu da nəzərə almaq lazımdır ki, terror bu gün 21-ci əsrin müharibəsidir. Bu artıq milli hisslərdən, xarakterdən, dövlətdaxili məsələdən kənara çıxıb. Artıq bütün dünya sərhədlərini adlayıb. Buna dur deyən yoxdur. Hesab edirəm ki, terrora dur deyilməməsinin bir səbəbi də dünyada söz sahibi olan liderlərin yoxluğudur. Məsələn, Almaniyada Adenauer, İngiltərədə Tetçer yoxdur və s. Bu gün dünyada liderlik ciddi faktordur. Azərbaycanda sabitliyin mövcud olması ilk növbədə liderin yerində olması ilə bağlıdır. Türkiyədə Ərdoğanın liderliyinə paxıllıq edən dövlətlər var. O üzdən terrorla Türkiyəni sarsıtmaq istəyirlər. Hesab edirəm ki, dünyada İnterpol kimi terrorizmlə mübarizə qurumu yaradılmalıdır. Bu qurum bilavasitə dövlətlərin qüvvələrini konsalidasiya edib koordinasion qaydada terrorizmə qarşı mübarizə aparmalıdır".
Politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşır. Onun fikrincə, hava limanında baş verən terror aktında başlıca məqsəd Türkiyə turizmini hədəfə almaqdır: "Həmçinin, Türkiyə-Rusiya əlaqələrinin bərpası istiqamətində atılan addımlara qarşı çıxan, bu barışığı istəməyən Qərbin müəyyən dövlətlərin, qurumların dəstəyi ilə həyata keçirdiyi teraktdır. Artıq dövlətlər bir-birinə terror heyata keçirməklə təzyiq etməkdədir. Terror təşkilatları müəyyən dövlətlərin əlində bir vasitədir.
Buna görə də İŞİD, PKK, ASALA kimi terror təşkilatları öz mövcudiyyətini saxlamaqdadır. Türkiyəyə Qərb dövlətləri təzyiq edir. Artıq Türkiyəni zəiflətmək planı işə salınıb. PKK terroru, İŞİD və digərləri Yaxın Şərqdə türk və islam birliyini zəiflətmək, parçalamaq istiqamətində yaradılıb".

Putin və Ərdoğan ilk böyük barışığa imza atdılar...

İki ölkə prezidenti sentyabrda Çində görüşəcək, Putin danışıqlardan dərhal sonra Türkiyə ilə bağlı ilk təlimatı da verdi

Rusiya və Türkiyə prezidentlərinin təyyarə böhranından 7 ay sonra ilk dəfə telefon danışığı olub. Kreml prezidentlər arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.
Kremlin mətbuat xidməti məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib (APA).
Söhbət zamanı terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.
Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla yanaşı, Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.
Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Rusiya və Türkiyə prezidentləri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparmaq barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpasına yönəlib.
İki ölkə prezidentinin telefon görüşündən sonra Putin Türkiyəyə qarşı sanksiyaların ləğvi haqqında tapşırıq verib. Məlumata görə, Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə baş nazir Dmitri Medvedyevə qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi barədə göstəriş verib.
"Türkiyə prezidentinin göndərdiyi məktubdan sonra türkiyəli tərəfdaşlarımızla münasibətlərin normallaşmasına başlamaq qərarı verdik. Telefon söhbətinin əvvəlində ölkə prezidentinə bütün Türkiyə xalqına İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdim", - deyə o bildirib.
Putin turizm sahəsində Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyini də əlavə edib: "Rusiya hökumətindən Türkiyə ilə ümumilikdə iqtisadi-ticarət əlaqələrinin normallaşması prosesinə başlamağı xahiş edirəm".
İki ölkə prezidentinin görüşünün sentyabr ayının 4-5-də Çində keçiriləcək G20 sammiti çərçivəsində baş tutacağı bildirilir.
Vidadi ORDAHALLI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ