Cümə günü, 20 noyabr 2026
     

“Brekzit uğurunun” uğursuzluğu...

Image


Bütün gözləntilərin əksinə olaraq Böyük Britaniyada keçirilən referendum "Brexit”i dəstəklədi. Seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Səsvermənin sabahı günü səhər saatlarından etibarən Londonun müxtəlif məhəllələrində toplaşan siyasi partiya liderləri – "Brexit”-in tərəfdarları və əleyhdarları özlərinin sevinc və məyusluq hisslərini açıq –aşkar nümayiş etdirirdilər. 

İfrat sağçıları və millətçiləri təmsil edən, son 17 il ərzində dayanmadan ölkəsinin Avropa Birliyindən çıxmasını təbliğ edən UKİP lideri Naycel Farac toplaşanlara 23 iyun tarixini Böyük Britaniyanın müstəqillik günü kimi yadda saxlamağı tövsiyyə edirdi. Az sonra partiya tərəfdaşları ilə keçirdiyi görüşdə isə göz yaşlarını kameralar qarşısında xüsusi həvəslə nümayiş etdirən Naycel Farac yəqin ki,britaniyalıların taleyindən daha çox gələcək seçkilər üçün elektoratını genişləndirə bildiyini düşünürdü. N.Faracın davranışı və onun axıtdığı sevinc göz yaşları belə bir təsəvvür yaradırdı ki, dəstəklədiyi siyasi avantürizmin belə asanlıqla uğur qazanacağına heç özü də inanmırmış.

Günortaya yaxın bütün vətəndaşların səbirsizliklə gözlədiyi Baş Nazir Devid Kemeron da məşhur Daun street,10 ünvanında kameralar qarşısında göründü. 2010-cu ildə hakimiyyətə gəlməzdən əvvəl Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələrə yenidən baxılmasının vacibliyini önə çəkən Devid Kemeron müzakirələrin getdiyi son 4 ayda yaxınlaşan təhlükəni hiss edərək artıq İttifaqda qalmağın vacibliyini təbliğ edirdi. Lakin bütün cəhdlər uğursuz oldu, "daldan atılan daş...” məntiqi özünü bir daha doğrultdu. Hakimiyyətdə olduğu 6 il ərzində davamlı olaraq AB təsisatları ilə siyasi alver etməyə vərdiş etmiş Baş nazir Kemeron öz ölkəsini Avropa İttifaqının ən imtiyazlı üzvünə çevirməyə nail olsa da, sonda "su çanağı suda sınar” məntiqi qalib gəldi. Avropa İttifaqı ilə apardığı bütün təzyiq və şantaj siyasəti onun özünə baha başa gəldi və siyasi olimpdə qalmağın Britaniya centlemeninin davranış kodeksinə uyğun gəlməyəcəyini anlayan Kemeron istefa verməli oldu.

Inamsızlıq və qeyri-müəyyənlik içində şaşırmış insanlar arasında "Brexit”in uğurunu Apokalipsis və zəlzələ adlandıranlar da var. Lakin referendum hələ İttifaqdan çıxmaq üçün əsas deyil, onun nəticələri ölkə parlamentində təsdiq olunmalıdır. Son ümidini parlamentin qərarına bağlayan britaniyalılar küçələrə axışaraq Britaniyanı Aİ-da qalmağa çağıran Petisiyaya imza toplamağa başladılar. Cəmi bir sutka ərzində Petisiyaya imza atanların sayı 2 milyonu keçdi.

Avropa liderlərinin Böyük Britaniyadan dərhal müvafiq prosedurlara başlamağı tələb etməsi Britaniya cəmiyyətində referendumun doğurduğu həyəcanı daha da artırır. Bu arada həm Şotlandiyada və həm də Şimali İrlandiyada yerli hökümətlərin başçıları Birləşmiş Krallığın tərkibindən çıxmaq və müstəqil şəkildə Avropa İttifaqına üzv olmaq haqqında öz referendumlarını keçirmək təşəbbüsü ilə çıxış edirlər.Vətəndaşlarının çox hissəsinin Böyük Britaniyanın İttifaqda qalmasını dəstəkləmiş Şotlandiya və Şimali İrlandiya referendumun nəticələrinə görə haqlı olaraq mərkəzi hakimiyyəti günahlandıırır və Londona təzyiqlərini artırırlar.Yüzilliklər ərzində Birləşmiş Krallığın tərkibində mövcud olmuş, zaman-zaman müstəqillik tələbi ilə çıxış etmələrinə baxmayaraq heç zaman buna nail ola bilməmiş şotlandlar və irlandlar bu gün öz məqsədlərinə həmişə olduğundan daha yaxın görünürlər. Maraqlı olan isə Londonda "Brexit”i dəstəkləməyə çağıran siyasi liderlərin hadisələrin bu istiqamətdə inkişafını - yəni ölkənin parçalanmaq təhlükəsini öncədən ehtimal etməməsidir. Axı cəmi bir il öncə Şotlandiyanın sabiq hökümət başçısı Aleks Salmondun təşəbbüsü ilə keçirilən referendumda əhalinin 50 faizə yaxını Birləşmiş Krallığın tərkibindən çıxmaqla Şotlandiyanın müstəlliyinə səs vermişdi. O zaman səsvermə ərəfəsində Londonun yüksək çinli məmurları – Kemeron hökümətinin ağır çəkili nazirləri həftələrlə Şotlandiyadan çıxmadan Birləşmiş Krallığın bütövlüyünü qoruyub saxlamaq üçün təbliğat aparırdılar. Nəticədə London bütün mümkün olan və olmayan güzəştlərə getməklə cüzi səs fərqi ilə Şotlandiyanı Böyük Britaniyanın tərkibində saxlaya bilmişdi. İndi isə Şotlandiyanı öz tərkibində saxlamaq üçün Londonun əlində əlavə imtiyaz resursları tükənib. Müstəqillik refrebndumunun yenidən keçiriləcəyi halda Şotlandiyanın doğrudan da Birləşmiş Krallıqdan ayrılmaq ehtimalı çox yüksəkdir.

Şimali İrlandiyada da vəziyyət xoşagələn deyil. Şimali İrlandiyada müstəqillik uğrunda mübarizə aparan milliyətçi qüvvələr yenidən siyasi gündəmi öz nəzarətinə almağa çalışır və Sinn Fein hərəkatının rəhbərləri Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsini hədəfləyən referendumun keçirilməsini tələb edirlər. Əslində bu da gözlənilən idi. Birləşmiş Krallıqdan ayrılmaq və Şimali İrlandiya ilə birləşməyi qarşısına məqsəd qoymuş siyasətçilər və bu hərəkatın hərbi qanadını təşkil edənİrlandiya Respublika Ordusuonilliklər ərzindəmüstəqillik savaşını sürdürürdülər. Hələ 1905-ci yaradılmış Sinn Fein hərəkatı hal-hazırda Şimali İrlandiyada ikinci böyük siyasi partiyadır və Böyük Britaniyada irlandların və şotlandların, İspaniyada isə Kataloniyanın separatizm hərəkatını dəstəkləyir. Bu günkü vəziyyət onlara da öz müstəqilliyini əldə etmək üçün ən əlverişli imkan kimi görünür və irlandların bu imkandan yararlanmaması təəccüblü olardı. Daha çox təəccüb doğuran isə Kemeron hökümətində"Brexit”i dəstəkləməyə çağıran siyasətçilərin bütün bunları öncədən görə bilməməsi və ya görərək biganə qalmasıdır.

Bütün bunlar ölkə daxilində fəallaşmış dezinteqrasiya proseslərinin ilk görüntüləridirvə Londonun bu təzyiqlər qarşısında davam gətirə bilməsi və ölkənin bütövlüyünü qoruyub saxlamaya bilməsi çox müşkül görünür. Lakin problemlər bununla bitmir. Avropa İttifaqının liderləri də Londona təzyiqlərini artırır və Böyük Britaniyanın bu günədək İttifaqla münasibətlərində mövcud olan imtiyazlardan məhrum olacağını qaçılmaz hesab edirlər. Doğrudan da, Britaniya vaxtaşırı olaraq birlikdən çıxmaqla Aİ təsisatlarını təhdid etmış və nəticədəbirlik üzvləri arasında ən çox imtiyazlara yiyələnmiş ərköyün dövlətdir. Belə bir üzv-dövlətin Birliyi tərk etməsi digər üzvlərin də tərəddüd etməsinə səbəb olar, İttifaqın uğurlu gələcəyinə inamı zəiflədə bilər və daha təhlükəlisi isə xoşagəlməz presedent yardada bilər. Bunun əlamətləri isə artıq görünməkdədir. Fransa millətçilərini təmsil edən Xalq Cəbhəsinin lideri Marion Lö Pen "Brexit” uğurundan ruhlanaraqartıq "Frexit” terminini siyasi gündəmə gətirmək təşəbbüsündə bulunur. Bu kimi təşəbbüslər dünya siyasi sisteminin ən mütərəqqi hadisəsi sayılan Avropa Birliyi kimi unikal bir təsisatın siyasi dayaqlarını sarsıda bilər.Bütün bunları yaxşı anlayan avropasentristlər İttifaqı tərk edən Böyük Britaniyanınİttifaq üzvləri ilə iqtisadi münasibətlərində korrektivlərin dərhal edilməsini zəruri hesab edirlər. Avropa İttifaqının Nizamnaməsi bütün Birlik ərazisində vətəndaşların sərbəst hərəkətini, əmtəənin və kapitalın sərbəst dövriyyəsini nəzərdə tutur. Belə bir qarşılıqlı münasibətlər sistemi İttifaqa üzv olmayan dövlətlərin istehsal etdiyi mal və məhsulların Birlik ərazisinə rəqabətədavamlı qiymətlərlə idxal olunmasını əngəlləyir ki, bu da öz növbəsində İttifaq üzvlərinin istehsal etdiyi məhsullar üçün daha əlverişli bazar imkanları yaradır. Bu imkanlardan məhrum olması Böyük Britaniya şirkətlərinin Avropa bazarına yolunu bağlamaqla onların ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Nəticədə böyük Avropa bazarına hesablanmış irimiqyaslı istehsal müəssisələrinin zəifləməsi və hətta iflasa uğraması, çox saylı iş yerlərinin itirilməsi, milli valyutanın zəifləməsi kimi fəsadlar ölkəni siyasi və iqtisadi böhran vəziyyətinə gətirib çıxara bilər.Bu kimi hadisələrin reallaşması Böyük Britaniyanın Birlikdən çıxma prosedurlarının həyata keçirilməsi ilə paralel olaraq baş verəcək. Bütün bunların baş verməsi isə Birləşmiş Krallığa yaxşı heç nə vəd etmir."Brexit”-in uğuru birdən-birə uğursuzluqların başlanğıcı kimi görünməyə başlayır.

Bu gün britaniyalıları düşündürən suallar çoxdur. Tərkibində İngiltərəni, Şotlandiyanı, Uelsi vəŞimali İrlandiyanı birləşdirən Böyük Britaniya "Brexit”dən sonra öz böyüklüyünü qoruyub saxlaya biləcəkmi?"Brexit” Böyük Britaniya üçün siyasi zəlzələ effekti yaratdı. Bəzənzəlzələnin ardınca gələn avtoşoklar daha dağıdıcı və daha sarsıdıcı ola bilir. Zəlzələ stressindən ayılmağa hələ macal tapmamış Böyük Britaniya gözlənilənsiyasi "avtoşoklara” davam gətirə biləcəkmi? "Ziyanın yarısından qayıtmaq da xeiyrdir” düşüncəsi ilə hərəkət edərək Avropa ailəsinə qayıtmaq London üçün nicat yolu ola bilərmi?

"Brexit”in uğuru Avropa Birliyi qarşısında da az suallar yaratmır. Bu suallar ilk növbədə"demokratiya”, "insan haqları” və "ədalət” kimi məsələlərdə Birliyin tez-tez nümayiş etdirdiyi qeyri-səmimiyyətlə, dünyanın müxtəlif ölkələrinə və xalqlarına qarşı münasibətlərdə ikili standartlarda çıxış etməsi ilə və eləcə dəAvropa təsisatlarında bürokratikləşmənin get-gedə dərinləşməsi ilə bağlıdır.

Bu kimi suallara birmənalı doğru cavab vermək hal-hazırda çox çətin görünür. Nə Britaniyalılar, nə hələlik Devd Kemeronun rəhbərlik etdiyi hökümət, nə də Avropa Birliyinin özü bu suallara cavab vermək iqtidarındadır. Belə görünür ki, bu çətin sualların cavabını Əlahəzrət Zaman verəcək.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ