Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır.