Rusiya Xarici İşlər Nazirliyi (XİN) ermənipərəst "Reqnum" agentliyinin Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması barədə sualını təxribat adlandırıb. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in agentliyin sorğusuna cavab məktubunda deyilir.
Qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova "Reqnum"un sualına cavab verməkdən imtina edərək bildirib ki, RF XİN-in mövqeyi redaksiyaya göndərilən cavabda izah edilib.
"Reqnum"un sorğusunda Rusiya XİN-in daha əvvəl Yerevanda faşistlərlə əməkdaşlıq edən Qaregin Njdeyə abidə qoyulması faktına təəccüblənməsi ilə bağlı narahatlıq bildirilmişdi.