Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, görüşdən sonra münaqişənin həllində sıçrayış və qlobal dəyişikliklər gözlənilmirdi: "Görüş mayın 16-də Vyanada əldə edilən nəticələri möhkəmləndirdi. ATƏT müşahidəçilərinin sayını artırmaq qərara alındı”.