Bazar günü günü, 14 dekabr 2025
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Gündəm
Siyasət
İqtisadiyyat
Dünya
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan Çələbi Məhməd xan
Tarix: 22.06.2016 / 01:38
Bölmə: Siyasət
Sultan Çələbi Məhməd xan Osmanlı sultanlarının beşincisidir. Çələbi Məhməd xan 1386-cı ildə anadan olub. Atası Sultan I Bəyazid xan, anası Germiyanoğlu Süleyman şahın qızı Dövlət xanımdır. Çələbi Məhməd kiçik yaşlarından etibarən dövrün ən yüksək alimlərindən dərs alıb, xüsusilə din və təbii elmləri öyrənib.
Dövlətin idarəsində təcrübə sahibi olmaq üçün Çələbi Məhməd 1393-cü ildə Amasyada Bayraq bəyi təyin edilib.
1402-ci ildə atası ilə Teymur xan arasında baş verən döyüşdə Osmanlı ordusunun ehtiyat qüvvələrinin komandanlığında olan Çələbi Məhməd döyüşdə məğlub olduqlarına görə Amasyaya çəkilmək istədi. Ancaq Candaroğlu İsfəndiyar bəyin qardaşı oğlu Yəhya bəy qarşısına çıxdı. Bunu məğlub edən Çələbi Məhməd irəliləməsinin təhlükəli olacağını anlayaraq Boluya çəkildi. Qısa bir zamandan sonra ordusu ilə Amasyaya doğru hərəkətə keçdi və şəhər hakimi Qara-dövlət şahını məğlub edib Amasyaya girdi. Çox gənc olmasına baxmayaraq, Çələbi Məhməd ətrafdakı hakimləri də məğlub edib Sivas və Tokat bölgələrinə də hakim oldu.
Bu arada, Qərbi Anadoluda olan Teymur xan gənc Çələbi Məhmədin fəaliyyətlərindən xəbərdar olub ona təminat vəd edən bir məktubu ilə yanına dəvət etdi. Bu dəvətə razılıq verib yola çıxan Çələbi Məhməd müxtəlif yerlərdə bəzi hadisələrlə qarşılaşdığını yanındakı elçiyə anlatdı və bu anlatdıqlarını üzr istəyərək Teymur xana bildirməsini istədi, özü isə Amasyaya döndü. Çələbi Məhmədin bu üzrünü qəbul edən Teymur xan ona əlindəki yerlərin hökmdarlığını verdi və hökmdarlıq əlaməti olaraq ona tac, kəmər və xirqə göndərdi.....
Bu zamanlarda I Bəyazid xanın digər oğlanlarından Şahzadə Süleyman Çələbi Ədirnədə, İsa Çələbi Balıkesir və Bursada, Musa Çələbi isə Kütahyada sultanlıqlarını elan etmişdilər. Beləcə, keçmiş bəyliklər ortaya çıxaraq Anadolu birliyini parçalamışdı. Osmanlı dövlətini təkrar bir yerə toplamaq istəyən Çələbi Məhməd Ulubad bölgəsində qardaşı İsa Çələbiyə qarşı girdiyi döyüşü qazanaraq Bursaya daxil oldu və hökmdarlığını elan etdi (1404-cü il). İsa Çələbi Yalova yolu üzərindən Bizans imperatorunun yanına qaçdı. Bizans imperatoru da Əmir Süleymanın istəyi ilə onu Ədirnəyə göndərdi. Əmir Süleyman İsa Çələbidən istifadə etmək istəyirdi və onu böyük bir hərbi qüvvə ilə Anadoluya göndərdi. Bursanı almaq istəyən İsa Çələbi xalqın müxalifəti ilə qarşılaşınca şəhəri yandırtdı. Çələbi Məhmədlə başlatdığı döyüşdə məğlub olduqda isə İsfəndiyar bəyin yanına qaçdı və onunla anlaşaraq birlikdə Ankaranı işğal etmək üçün hərəkətə keçdi. Ancaq bu müttəfiq qüvvələr Çələbi Məhmədə məğlub olub Kastamonu tərəfinə çəkilmək məcburiyyətində qaldılar.
Bir müddət sonra İsa Çələbi Aydınoğlu Cüneyt bəyin yanına getdi və onun vasitəsilə Saruxan və Məntəşə bəylərilə anlaşaraq taleyini bir daha sınamaq istədi, ancaq yenə məğlub oldu. Bir müddət sonra İsa Çələbi yaxalanaraq öldürüldü.
İsa Çələbinin öldürülməsindən sonra Çələbi Məhməd Anadoluda yalnız qaldı. Bundan sonra güclənməsindən təşvişə düşərək Anadoluya gələn Əmir Süleymanı yox etməyə çalışdı. Əmir Süleyman Çələbi Məhmədin əlindən bir çox yerləri aldığı kimi, Aydınoğlu Cüneyt bəylə Məntəşəoğlu İlyas bəyə də hakimiyyətini qəbul etdirmişdi. Çələbi Məhməd onu yenidən Rumelinə döndərmək üçün qardaşı Musa Çələbini Rumeli tərəfinə keçirdi. Musa Çələbinin fəaliyyətlərini öyrənən Süleyman Çələbi Rumelinə keçdi və ilk döyüşdə Musanı məğlub etdisə də, sonrakı döyüşlərdə öldürüldü.
Çələbi Məhməd Bursanı hakimiyyəti altına alarkən Musa Çələbi Ədirnədə hökmdarlığını elan edir. Musa Çələbi Anadoluda qardaşının güclü olduğunu bildiyinə görə oralara girməyib bizanslılarla məşğul olub və bəzi yerləri onlardan alıb Şeyx Bədrəddini kazəsgər təyin edib. Musa Çələbi Rumelində çox qüvvətlənib, hətta bir ara İstanbulu mühasirə altına alıb. Rumeli imperatoru Musa Çələbi təhlükəsini yox etmək üçün Çələbi Məhmədi Rumeliyə dəvət edib və iki qardaşı bir-birinə qarşı qızışdırıb.
Qurulan planla Çələbi Məhməd 1411-ci ildə İncəgiz bölgəsində qardaşı Musa Çələbi ilə döyüşməyə başlayıb, lakin özü yaralanıb və gəmilərlə Anadolu tərəfinə keçərək Bursaya gəlib. Bir il sonra Musa Çələbi ilə apardığı ikinci döyüşdə isə məğlub olub.
Bir müddət sonra Çələbi Məhməd gücləndirilən ordusu ilə üçüncü dəfə Rumeliyə keçib və qorxu içərisində Dunaya tərəf çəkilməkdə olan Musa Çələbinin üzərinə hücum edərək, Çamurlu-Dərbənd bölgəsində meydana gələn döyüşdə Musa Çələbini məğlub edib. Musa Çələbi yaralı olaraq qaçarkən öldürülüb və Bursaya gətirilərək atasının türbəsində dəfn edilib. Daha sonra Orxan Çələbini də yaxalayan Çələbi Məhməd Ədirnədə bütün dövlətin hökmdarı olduğunu elan edib.
Beləcə, işlərini yoluna qoyan Çələbi Məhməd eyni ildə Bursaya gələrək, Germiyan və Candar bəyliklərindən əlavə qüvvələr alıb Karaman səfərinə çıxdı. Ağşəhər, Bəyşəhər və Seydişəhər qəsəbələrini aldı və Karamanoğlu Məhməd bəyi məğlub etdi. Sonra Konyanı mühasirə altına aldısa da, o mövsümün hava şəraitinin əlverişsizliyinə görə Karaman oğulları ilə sülh bağlayıb geri döndü. Ancaq Məhməd bəy rahat durmayıb Bəyşəhər və Seydişəhərə hücum etdiyinə görə Çələbi Məhməd ikinci dəfə Karamanoğullarının üzərinə getdi və Konya ovasında baş verən döyüşdə Məhməd bəyi bir dəfə daha məğlub etdi. Bu vaxt padşah xəstələndiyinə görə sülh bağlandı və Məhməd bəy lazım olduğu zaman Osmanlı ordusuna yardım göndərməyi qəbul etdi. Məhməd bəy bu vədini Eflak səfərində yerinə yetirib.
Çələbi Məhməd Anadolu türk birliyini yaratma çalışmalarını davam etdirərkən xristianlar "dost" olaraq yaşamaq siyasəti güdürdülər.
Osmanlılara tabe olan Eflak şahzadəsi Mirça üç il idi ki, vergini kəsmişdi. O, Voyevodalıqda ona rəqib çıxdığına görə çətin bir vəziyyətə düşmüşdü. Odur ki, Macar kralı Sigizmunda müraciət edərək osmanlıların yardımını təmin etmək üçün vasitəçi olmasını istəmişdi. Ancaq Sultan Çələbi Məhməd Sigizmundun təklifini rədd edib Candar və Karaman bəyliklərindən yardım alaraq Dunayı keçdi və Rumıniya torpaqlarına girdi. Bu səfər nəticəsində Macar-Eflak ordusunu dağıdan Çələbi Məhməd Mirçanı yenidən osmanlılara tabe etdi.
Osmanlılar Erdelə də bir neçə dəfə yürüş tərtib etdilər. Nəticədə Macar əyaləti başdan-başa fəth edildi. Beləcə, Balkanlarda və Adriatikdə Osmanlının nüfuzu gücləndi. Daha sonra Çələbi Məhməd Anadoluda güclənib, İsfəndiyar bəylə mücadiləyə başlayıb Sinopu mühasirə altına aldı. Çarəsiz qalan İsfəndiyar bəy Osmanlı dövlətinin hakimiyyətini tanıyıb, oğlu Qasımın istədiyi Kastamonu, Tosya, Çankırı və Qalacığı padşaha verdi. Bundan sonra Çələbi Məhməd daha əvvəl osmanlılarda olan Samsunun alınmasını istədi. Müsəlman və qeyri-müsəlman olmaqla ikiyə ayrılan Samsunun qeyri-müsəlman qismini Biceroğlu Həmzə bəy mühasirəyə aldı, qala xalqı şəhəri yandıraraq gəmilərə minib qaçdıqdan sonra şəhər ələ keçirildi. Müsəlman Samsunu mühasirə altına alan Çələbi Məhmədə qarşı çıxa bilməyən İsfəndiyaroğlu Xızır bəy şəhəri təslim edib atasının yanına döndü.
Çələbi Məhməd dövrünün ən mühüm daxili hadisəsi Şeyx Mahmud Bədrəddinin üsyanı olub. Şeyx Bədrəddin Musa Çələbi zamanında Ədirnədə kazəsgərliyə təyin edilib və Çələbi Məhmədin idarəsində aylıq min ədəd qızıl pul almaqla İznikdə yaşamağa məcbur olub. Şeyx Bədrəddin Ədirnədə, sonra İznikdə əsər yazmaqla məşğul olaraq, onu ziyarətə gələnlərə öz fikirlərini açıqlamağa çalışıb. O, Ədirnəyə gəlməzdən əvvəl Anadoluda ad qazanmışdı. İznikdə də boş durmayan Şeyx adamlarını Börklüçe Mustafanı Aydın bölgəsinə göndərib əsərlərini təbliğ etdirdi. Ayrıca, onun Torlak Kamal adındakı bir yaxını Manisa tərəflərində fəaliyyətə başlamışdı.
Şeyx Bədrəddin və Börklüçe Mustafa həccə getmək bəhanəsilə əvvəl Sinopa, oradan Kefeyə, sonra da daha əvvəl tanış olduğu Eflak şahzadəsinin yanına gedərək şiələrin olduğu Dəli-orman tərəflərinə keçdilər. Şiə olan şeyx Bədrəddin İslama uyğun olmayan zərərli fikirlər ortaya atır, haram olanların halal olduğunu irəli sürərək insanların üsyan hisslərini gücləndirirdi. Nəticədə ilk üsyan Qaraburunda başladı və daha sonra Manisada davam etdi. Az bir zamanda bu üsyan dalğaları hər tərəfə yayıldı.
Börklüçe Mustafanın üsyanı Amasya valisi Şahzadə Muradla Bəyazid paşa tərəfindən qanlı bir şəkildə yatırıldı. Börklüçe yaxalanaraq qətl edildi. Manisa tərəfindəki Torlak Kamal da eyni aqibətə uğradı. Şeyx Bədrəddin isə Bəyazid paşa tərəfindən yaxalanaraq Serezdə olan padşahın hüzuruna gətirildi. Şeyxin apardığı təbliğat tədqiq edildikdən sonra o, cəmiyyətin nizamını pozmaqla günahkar sayıldı və Sadəddin Taftazaninin tələbələrindən olan heratlı molla Heydərin tələbilə Serez bazarında asıldı.
Şeyx Bədrəddin üsyanı bu şəkildə yatırıldıqdan sonra Çələbi Məhməd yeni bir üsyanla qarşı-qarşıya qaldı. Bu təhlükə Ankara meydan döyüşündə atası ilə birlikdə Teymura əsir düşüb Səmərqəndə göndərilən qardaşı Mustafa idi. Uzun müddət özündən xəbər alınmayan Mustafa bir müddət sonra geri dönüb Karaman torpaqlarında qaldıqdan sonra Rumelinə keçmişdi. Osmanlı taxtına oturmaq niyyətində olan Mustafa Eflak Voyevodasının və Niğbolu Bayraq bəyi Aydınoğlu Cüneyt bəyin yardımları ilə fəaliyyətə keçib Selanik və Teselyada səltənət iddiası ilə adam toplamağa başlamışdı. Fəsadın böyüməsinə mane olmaq üçün Çələbi Məhməd dərhal hərəkətə keçdi və böyük qardaşı Mustafa Çələbinin qüvvələrini Selanik yaxınlığında məğlub etdi. Cüneytlə birlikdə Mustafa Çələbi Selanik qalasına sığındı. Çələbi Məhməd ertəsi sabah mültəciləri istədisə də, Selanik valisi imperatorun icazəsi olmadan təslim edə bilməyəcəyini bəyan edb üzr istədi. İmperator da Çələbi Məhməd həyatda olduqca bunları verməyəcəyini and içərək təsdiq edincə padşah Selanik müharibəsinə son verdi. Padşahla müqavilə əsasında Mustafa Çələbi üçün hər il imperatora böyük miqdarda pul ödəyəcəkdi. Mustafa Çələbi hadisəsi 1420-ci ildə baş verib.
Bu hadisədən sonra Çələbi Məhməd İstanbulu rəsmən ziyarət edərək imperator tərəfindən qarşılanıb və Üsküdarda imperatora vida edib İzmit üzərindən Bursaya gəlib, bir müddət sonra da Gelibolu yolu ilə Ədirnəyə dönüb.
Sultan Çələbi Məhməd xan Ədirnədə ikən çıxdığı ovda rahatsızlandı. İflic xəstəliyindən qurtula bilməyəcəyini anlayan Çələbi Məhməd vəzirləri Bəyazid, İbrahim və Hacı İvaz paşaları dəvət edərək böyük oğlu, Amasya valisi Muradın dəvət edilməsini istədi. Qısa sürən xəstəlikdən sonra iyun 1421-ci ildə vəfat etdi.
Çələbi Məhmədin vəfatı gizli saxlandı və meyiti balzamlanaraq Şahzadə Muradın Bursaya gəlişinə qədər (40-42 gün) sarayda mühafizə edildi. Sonra Bursaya gətirilərək Yaşıl türbədə dəfn edildi.
Osmanlı dövlətinin ikinci qurucusu olaraq qəbul edilən Çələbi Məhməd nə qardaşı Musa Çələbi kimi sərt, nə də digər qardaşı Əmir Süleyman kimi yumşaq və qeydsiz idi. Uyğun hərəkətlərə öncəlik verən, səbrli, əzm və iradə sahibi, sözünə və vədinə sadiq, ciddi bir hökmdar idi. Yalnız dostuna deyil, düşmənlərinə də özünü sevdirməyə çalışıb və hörmət qazanıb. Onun barəsində Osmanlı tarixçilərindən başqa yabançı mənbələr də yaxşı şəhadətdə olublar. Kiçik və böyük 24 döyüşdə iştirak edib, 40-a yaxın yara alıb. Əməllərinin başında babası zamanındakı yerlərin geri alınması gəlirdi ki, bu qayə üçün çalışıb və böyük müvəffəqiyyətlər əldə edib. Zamanının yerli və xarici mənbələri onun dəyanətindən, yaxşı əxlaqından bəhs edirlər.
Sultan Çələbi Məhməd xan, qısa ömrünü döyüş meydanlarında keçirməsinə baxmayaraq, məmləkətin abadlaşdırılmasına da böyük əhəmiyyət verib. Bursada tikdirdiyi cami, mədrəsə və Yaşıl türbə tarixi sənət əsərləridir. Türbənin qarşısında olan mədrəsə bu gün muzey halına gətirilib və Bursa mədrəsələri arasında Sultaniyyə adı ilə məşhurdur.
Çələbi Məhmədin ən mühüm xidmətlərindən biri də Məkkə və Mədinə xalqına hər il maddi yardım göndərmək adətini başlatmasıdır.
Çələbi Məhmədin, ən böyüyü Murad olmaqla, Mustafa, Qasım, Əhməd, Yusuf və Mahmud adında altı oğlu ilə yeddi qızı vardı. Çələbi Məhməddən sonra böyük oğlu Şahzadə Murad taxta çıxıb.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
Tarix: 13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
Tarix: 13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
Tarix: 13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
Tarix: 13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
Tarix: 13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
Tarix: 13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
Tarix: 13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Tarix: 13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
Tarix: 12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
Tarix: 12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
Tarix: 12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
Tarix: 12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib? - 23 min nə deməkdir?
Tarix: 12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
SON XƏBƏRLƏR
13.12.2025 / 23:06
Elxan Nəcəfov nazir olandan İstanbuldakı naxçıvanlı uşaqların təhsil hüququ pozulur...
13.12.2025 / 19:25
Rusiyadan ABŞ-a mesaj
– o sənədlər bizi məmnun etməyə bilər…
13.12.2025 / 19:10
Rusiya xüsusi təyinatlıları Voronejdə Azərbaycan diaspor nümayəndələrinə qarşı əməliyyat keçirdi
- saxlananlar var... -VİDEO
13.12.2025 / 17:40
AB Rusiyanın məşhur Valday Klubuna da sanksiya tətbiq etdi…
13.12.2025 / 17:23
Rusiyanın dondurulmuş 210 milyardı təhlükədə
- Avroittifaq pulların Ukraynaya verilməsi üçün ilk addımı atdı...
13.12.2025 / 17:06
Aeroportda özünü şübhəli aparan şəxsin mobil telefonundan görün nə çıxdı...
13.12.2025 / 16:49
İrandan gələn narkotiki Salyanda satmaq istəyənlər tutuldu
13.12.2025 / 16:31
Ərdoğandan Odessada türk gəmisinin vurulmasına reaksiya
- onlara zərər vurar…
13.12.2025 / 16:18
Nizamidə quldurluq edib Tərtərdə gizlənirdi... yaxalandı...
13.12.2025 / 15:17
Bakıda sulu qar yağacaq
- XƏBƏRDARLIQ
13.12.2025 / 14:49
Trampın Avropanın daxili işinə müdaxiləsi kəskin rədd edildi...
13.12.2025 / 14:30
Bələdiyyə rəhbərliyinin qanunsuz biznesi çiçəklənir...
13.12.2025 / 14:11
Rusiya Xəzəri yeni müharibə meydanına çevirə bilər...
13.12.2025 / 13:52
Rusiyada diaspor rəhbərimizin işi ermənilərə tapşırıldı -
təsadüf, ya....
13.12.2025 / 13:22
Qubada atasının pulunu oğurlayan yeniyetmə saxlanıldı
13.12.2025 / 12:44
Müdafiə Nazirliyində hərbi attaşelərlə ilin yekununa dair toplantı keçirildi
13.12.2025 / 12:10
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
13.12.2025 / 09:23
Universitet tələbələrinin dərsliklərlə bağlı ciddi problemi yaranıb...
13.12.2025 / 08:46
Tikintilərdə işçi həyatının qiyməti "3 qəpik olub"
- rəqəmlər dəhşətdir...
13.12.2025 / 01:27
Rusiya-Ukrayna müharibəsi Qara dənizdən sonra Xəzərə də sıçradı
– “Lukoil”un iki neft platforması vuruldu...
13.12.2025 / 00:48
Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu
- Qara dəniz müharibə meydanına çevrilir...
12.12.2025 / 22:16
Gürcüstanda aksiya qadağaları sərtləşdirildi…
12.12.2025 / 21:49
Avropa "Yaşıl keçid" istəyir, Azərbaycan buna da hazırdır...
12.12.2025 / 21:34
Ermənistan AB ilə Aİİ arasında, Rusiya çarəsiz durumda qalıb...
Overçuk yenə danışdı...
12.12.2025 / 21:19
Venesuela neft blokadasında
- Maduro Belarusdan sığınacaq istədi...
12.12.2025 / 21:05
İrəvanda "Arsax" sözü işlədən media bağlandı...
12.12.2025 / 20:52
“Terrorsuz Türkiyə” ciddi problemlə üzləşib
- cinayətə batmamış PKK-çı necə təyin ediləcək...
12.12.2025 / 20:39
Tramp 907-ni ləğv etməsə, Azərbaycanda hörmətdən düşəcək...
12.12.2025 / 20:30
Naxçıvanın Kültəpə kəndində yas mərasimində qazdan kütləvi zəhərlənmə
- 23 qadın xəstəxanaya yerləşdirildi
12.12.2025 / 20:25
Bəs deyirdilər Qarabağdan 120 min erməni gedib?
- 23 min nə deməkdir?
12.12.2025 / 20:15
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib
12.12.2025 / 20:12
Azərbaycan-Ermənistan-Türkiyə-Aralıq dənizi marşrutu Almaniyada nəzərdən keçirildi...
12.12.2025 / 19:58
AMEA-nın akademikləri də Mehdiyevin üzündən problem yaşayacaq...
12.12.2025 / 19:45
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
12.12.2025 / 19:42
Rusiya Putinin həbsinə orderini qərar verən BCM hakiminə 15 il iş kəsdi...
12.12.2025 / 19:33
Aşqabadda bağlı qapılar arxasında 40 dəqiqlik zirvə
- Ərdoğanla Putin nəyi müzakirə etdi...
12.12.2025 / 19:27
Krımda qanunsuz iş aparan Ermitaj alimi Polşada tutuldu
- Qarabağı alt-üst etmiş əcnəbi alimlər isə...
12.12.2025 / 19:14
Məhkəmə sistemində tam yeni qurum yaradılır
- rəqabət gözləntisi doğrulacaqmı?...
12.12.2025 / 19:08
Türkiyənin tarixi şəhəri -
İzmir
12.12.2025 / 19:00
İran "mis mədənləri" ilə Ermənistanı Qərbin asılılığından qorumaq istəyir...
12.12.2025 / 18:53
Türkiyə səfiri: Heydər Əliyev qurucu bir liderdir
12.12.2025 / 18:47
Tramp NATO-dan çıxmaq adı ilə Avropanı şantaj edir(?)...
12.12.2025 / 18:35
Rəfail Hüseynov VHP-nin hansı(sa) nizamnamə maddəsini pozub?..
12.12.2025 / 18:21
Paşinyan “ermənilərin Qarabağa qayıdışı üzrə nə xəritə” hazırlayır...
12.12.2025 / 18:14
Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Heydər Əliyevin məzarını ziyarət edib
- FOTO
12.12.2025 / 18:08
Emin Əmrullayevin hədəfi doğru, seçdiyi üsul mübahisəli...
12.12.2025 / 17:55
Merz Trampın Avropa siyasətinə sərt cavab verdi...
12.12.2025 / 17:46
ABŞ Avropanı parçalayır... 4 ölkə Avropa Birliyindən çıxacaq
- Gizli plan sızdırıldı…
12.12.2025 / 17:34
Rusiya Belçikanın “Euroclear” şirkətini məhkəməyə verdi…
12.12.2025 / 17:25
Ailə sevgi və sədaqət ocağıdır
12.12.2025 / 17:20
ABŞ G7-yə alternativ yaradır
- Rusiya və Çinin də daxil olacağı Core-5 qrupu…
12.12.2025 / 17:15
MEDİA nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi
- FOTO
12.12.2025 / 16:55
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək - 2026-cı ilin astroloji-siyasi təhlili
12.12.2025 / 16:31
Trampın Ukrayna planının daha bir detalı ortaya çıxdı
- silahsızlaşdırılmış zona Rusiya ərazisi kimi tanınacaq...
12.12.2025 / 16:14
Ukrayna Xəzərdə Rusiyanın iki gəmisini vurdu...
12.12.2025 / 16:01
Şahin Şıxlınskiyə yekun ittiham elan olundu
- işi aparan və ifadə verənlər ermənilərdir...
12.12.2025 / 15:48
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
12.12.2025 / 15:25
Şəhid ailələri üçün daşınmaz əmlakın qeydiyyatı rüsumlardan azad edilir
12.12.2025 / 15:11
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur...
12.12.2025 / 14:26
Kiyev Donbasda bufer zonanın yaradılmasını dəstəklədi, ancaq şərtləri var…
12.12.2025 / 14:06
Türkiyənin tanınmış müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başladı
12.12.2025 / 13:50
Azərbaycan əhalisinin sayı açıqlandı
12.12.2025 / 13:37
AMEA Ramiz Mehdiyevin akadamek adını alır
12.12.2025 / 13:28
Trampdan xəbərdarlıq
- Ukrayna münaqişəsi III Dünya müharibəsinə çevrilə bilər
12.12.2025 / 13:10
Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir
12.12.2025 / 12:52
Ramiz Mehdiyevin Dövlət Şurası və “son siyahı”
12.12.2025 / 12:44
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
12.12.2025 / 12:40
Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsini ziyarət etdi
- FOTO
12.12.2025 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- FOTO
12.12.2025 / 12:07
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana gəlir
12.12.2025 / 11:25
Əli Əsədov: "Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır"
12.12.2025 / 11:18
"Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin işində fəal iştiraka hazırdır"
– Baş nazir
12.12.2025 / 11:13
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
12.12.2025 / 11:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
12.12.2025 / 10:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- FOTO
12.12.2025 / 09:57
Zelenskidən Donbasla bağlı təəccüblü açıqlama
- referendum keçirilə bilər...
12.12.2025 / 09:25
MİDA-nın mənzillərindən "kiberbarmaqlar" kəsilmir ki, kəsilmir...
12.12.2025 / 09:06
Avropa Liqası - "Fənərbağça" darmadağınla qalib gəldi
12.12.2025 / 08:42
"Əldə balta ilə odun da doğramaq olar, adam da"
- məktəbdə uşağa verilən suala baxın...
12.12.2025 / 00:31
Ukrayna Xəzərdə “Lukoil”un neft platformasını vurdu
- 20-dən çox quyuda əməliyyatlar dayandı…
12.12.2025 / 00:06
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
- FOTO
Mədəni-maarif proqramları Azərbaycan cəmiyyətinin rifahı üçün strateji əhəmiyyət daşıyır
Populyar xəbərlər
Tarix: 29.11.2025 / 13:50
Müəllimi 8 saat məktəbdə tutmağın hədəfi budur,
planın uğuruna şübhələr var…
Tarix: 04.12.2025 / 18:53
Uşaqlarımızın "Mavi balina" bəlası yenidən qayıdıb...
Tarix: 19.11.2025 / 09:32
SOCAR prezidentinin qərarı ölkədə maaş disbalansını dərinləşdirəcək...
Tarix: 14.11.2025 / 13:09
Пашинян громит агентов России
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
Tarix: 17.11.2025 / 13:05
К.Саркисян: "Будет новый Бог - армянин". Иисус Христосян?
- ПРЯМАЯ ТРАНСЛЯЦИЯ
XƏBƏR ARXİVİ