Cümə günü, 20 noyabr 2026
     

Moskva yenə Qərb ölkələrini qorxuya salır

Image


Hər nə qədər qəribə olsa da, şimal qonşumuz ona qarşı Qərb tərəfindən tətbiq olunan sanksiyaların ləğvinə qarşı çıxır. Hər halda, Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun açıqlamaları bu qənaətə gəlməyə əsas verir. O ümid etdiyini bildirib ki, anti-Rusiya sanksiyaları belə tezliklə ləğv edilməyəcək. İvanov xatırladıb ki, məhdudlaşdırıcı tədbirlər sayəsində Rusiyada iqtisadiyyatın bir çox sahələri, o cümlədən kənd təsərrüfatı və kimya sənayesi inkişaf edir:
"Sanksiyalar ləğv edilərsə, biz dərhal əks-sanksiyaları dayandıracağıq, bu aydın məsələdir. Bəs onda nə olacaq? Nə demək istəyirəm? Şəxsən mən istərdim ki, bizə qarşı sanksiyalar uzun müddət qalsın, tezliklə aradan qaldırılmasın. Bu mənmim şəxsi fikrimdir. Sanksiyalar ölkəyə böyük zərər vurub, amma ən pisi arxadadır".
Sanksiyaların qalması isə tərəflər arasında ziddiyyəti artırır və digər qorxulu təhlükəni meydana çıxarır. Söhbət Rusiyanın Qərb ölkələrində başlayacağı müharibədən gedir. Kanadanın xüsusi xidməti CSIS-in ekspertlərinə istinadən Polşanın "Gazeta Wyborcza" qəzeti bu xüsusda yazır: "Rusiya ordusunun genişmiqyaslı formada yenidən silahlanması, həmçinin müasirləşməsi prosesi ölkənin müharibəyə hazırlaşdığını göstərir". CSIS-in ekspertləri belə nəticəyə gəliblər ki, prezident Vladimir Putinin mövqeyi dəyişməz qalır: "O, xaricdə öz təsirini genişləndirməkdə və ekspansiya siyasətini həyata keçirməkdə qərarlıdır". CSIS-də hesab edirlər ki, Moskva yeni hərbi cəbhə açacaq və öz iştirakını burada gizlətməyəcək. Kanada ekspertləri bildirirlər ki, Rusiyaya qarşı artıq iki ildir qüvvədə olan sanksiyalar Moskvanın Qərb barəsində siyasətinə təsir etməyib.
Belə bir vaxtda Avropadakı ABŞ qoşunlarının komandanı, general-leytenant Ben Hoces deyib ki, Rusiya böyük ordu birləşmələrini sürətlə hərəkət etdirir. Onun sözlərinə görə, NATO Şərqi Avropada böyük həcmlərdə qüvvə cəmləşdirmək sürətində Rusiya ordusundan geri qalır: "Ruslar böyük qoşun birləşmələrini və hərbi texnikanı uzaq məsafələrə yeritməkdə çox sürətlidirlər. NATO-nun da belə çevikliyə malik olması lazımdır". Qərb təhlilçiləri bildirir ki, Rusiyanın 2014-cü ildə Krımı qəflətən ilhaq etməsindən və hələ 2008-ci ildə Gürcüstanla müharibədən bəri Moskvanın niyyətləri onun qonşularında və keçmiş sovet respublikalarında xof yaradıb. NATO-nun gələn ay Varşavada keçiriləcək növbəti sammitində də Rusiya təhlükəsinin gündəliyin birinci məsələsi olacağı gözlənir. Rusiya Krımın ilhaqından bəri Ukrayna sərhədlərində bir neçə irimiqyaslı hərbi təlim keçirib. General Hoces bunu təhdid adlandırır: "Məni narahat edən hərəkət sərbəstliyidir. Onlar hər dəfə qəfil təlimlər keçirəndə bu mənim üçün gözlənilməz olur. Məni qorxudan da elə budur". ABŞ komandanı bildirib ki, Rusiya vahid bir ölkə kimi öz ərazisində qoşunları bir nöqtədən başqa nöqtəyə çevik hərəkət etdirir, lakin Şərqi Avropa çox sayda ölkədən ibarət olduğuna görə NATO belə çevikliyə malik ola bilmir. General bu problemin aradan qaldırılması üçün "hərbi Şengenin" yaradılmasını təklif edir. ABŞ komandanı deyib ki, Rusiya hazırda NATO ölkələri ilə sərhədə 20 minlik qoşun yığmaq iqtidarındadır. Generalın fikrincə, Rusiya bunu Gürcüstan və ya Ukraynada da edə bilər: "Mən Rusiyanı Birləşmiş Ştatları, Birləşmiş Krallığı, Almaniyanı və ya hər hansı başqa ölkəni dağıtmağa qadir yeganə təhlükə kimi görürəm. Çünki onların nüvə qüvvəsi var və onlar nüvə silahlarından yaman çox danışırlar".
Amma Qərblə Rusiya arasında hərbi qarşıdurma təkcə Avropada olmayacaq. Suriyada da tərəflər arasında yeni ziddiyyət yaranır. "Los Angeles Times" qəzetinin verdiyi məlumata görə, Rusiyanın hərbi təyyarələri Suriyada Pentaqon tərəfindən dəstəklənən qiyamçılara hava zərbələri endirib. Pentaqon bu insidenti Suriyada hava kampaniyasına başlayandan bəri Moskvanın ən böyük təxribatı adlandırıb. Hava zərbələri İordaniya sərhədi yaxınlığında, Rusiya təyyarələrinin əvvəllər uçmadığı ərazidə endirilib. Sözügedən qiyamçı bazasında ABŞ hərbçiləri olmasa da, Pentaqon təcili olaraq qaynar xətlə Moskvadan zərbələrin dayandırılmasını tələb edib.
Bundan əlavə, ABŞ-ın F-18 təyyarələri havaya qaldırılıb və pilotlar Rusiyanın iki Su-34 təyyarəsi ilə vizual kontaktda olublar. Rusiya təyyarələri əvvəlcə ərazini tərk etsələr də, az sonra ikinci zərbəni endirmək üçün qayıdıblar. Lakin bu vaxt ABŞ təyyarələri yanacaq doldurmaq üçün öz bazalarına dönmüş olublar. ABŞ rəsmiləri bildirib ki, Rusiya ya öz qüvvələri üzərində tam nəzarətə malik deyil, ya da bilərəkdən təxribat törədir. Vaşinqton bütün hallarda Moskvadan izahat gözləyir. Siyasi təhlilçilər diqqəti belə bir məqama çəkir ki, bu insident 51 ABŞ diplomatının imzaladığı bəyanat açıqlanandan az sonra baş verib. Bu məktubda faktiki olaraq Dövlət Departamentinin tabeliyində olan diplomatlar prezident Barak Obamanın Suriyadakı siyasətini kəskin tənqid edir, hökuməti Suriya rejiminə münasibətdə sərt mövqe tutmağa çağırırlar. "Los Angeles Times" yazır ki, Rusiyanın bu hərəkəti onun Vaşinqtonu öz mövqeyinə yaxınlaşdırmaq istəyindən qaynaqlana bilərdi. ABŞ rəsmiləri bildirib ki, insident Moskva ilə ciddi şəkildə müzakirə ediləcək.
Lakin analitiklər qeyd edir ki, Rusiyanın ABŞ-ın dəstəklədiyi üsyançı qrupa nümayişkaranə hava zərbəsi endirməsilə Moskva tərəfindən belə mesaj verilib ki, ABŞ Bəşər Əsədin qüvvələrini vurmaq fikrinə düşsə, bu, Rusiya ilə birbaşa hərbi qarşıdurma demək olacaq.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ