Cümə günü, 20 noyabr 2026
     

Peterburq görüşündən sonra Qarabağ münaqişəsinin həllində yeni mərhələnin elementləri ortada...

Image


Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün bundan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində hansı dəyişikliklərə gətirib çıxaracağı xüsusi maraq doğurur. Öncə qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri son 7 ayda üçüncü dəfə görüşüblər.
Sonuncu görüş mayın 16-da ATƏT-in Minsk qrupu həmsədrlərinin, eləcə də ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi, Ağ Ev və Kremlin birbaşa təşəbbüsü ilə baş tutmuşdu.
Hələlik isə bəlli olan görüş barədə həm vasitəçilərin, həm də münaqişə tərəflərinin səsləndirdiyi müsbət fikirlərdir. Xarici işlər naziri Elmar Məmmədyarov da qeyd edir ki, Azərbaycan tərəfi Sankt-Peterburqda Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir: "Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq". Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də prezidentlərin Sankt-Peterburq görüşünə dair müsbət fikirlər bildirib: "İyunun 20-də Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli görüşdə problemin nizama salınması üzrə müsbət addımlar atıldı. Həmçinin, birgə bəyanat qəbul edildi. Biz münaqişənin danışıqlar yolu ilə nizama salınması üzərində işləməliyik".
Məsələni şərh edən rusiyalı ekspert Sergey Strokanın sözlərinə görə, Prezident İlham Əliyev Sankt-Peterburqda onu anlatdı ki, danışıqlar prosesini əsas tutaraq, münaqişənin daha 20 il davam etməsinə göz yummayacaq: "O, Vladimir Putinlə görüşdə də birbaşa bildirdi ki, Bakı status-kvonu qəbul etmir və ərazilər geri qaytarılmalıdır". Onun sözlərinə görə, İlham Əliyev prosesi ölü nöqtədən tərpətməyə qətiyyət göstərsə də, onun erməni həmkarı növbəti dəfə monitorinq mexanizminin təkmilləşdirilməsi və təmas xəttində hadisələrin araşdırılmasına ehtiyac haqda danışdı: "Yəni Sarkisyan bütün vasitələrlə status-kvonun saxlanmasına çalışır".
Ekspert əlavə edib ki, Rusiya tərəfləri barışdırmaq üçün uzun illər boyunca fəaliyyət göstərib: "2011-ci ildə Dmitri Medvedyev prezidentləri Kazanda görüşdürdü. Hətta tərəflər münaqişəni həll etməyə yaxın idilər. Lakin bu baş tutmadı. O vaxtdan 5 il keçib. Bu illər ərzində nələr dəyişib? Bakı və İrəvanda liderlər həmin liderlərdir. Dəyişən odur ki, indi prosesi Medvedyev yox, Putin aparır. Bu, əlbəttə, əhəmiyyətlidir, lakin yeganə fərq deyil. İkinci fərq odur ki, bu regionda sabitliyin saxlanması əvvəlki kimi mümkün deyil. Vəziyyət nəzarətdən çıxır, idarəolunmaz hal alır və böyük müharibə ilə hədələyir. Nəhayət, ən vacib məqam Bakıda ciddi dəyişikliklərin nəzərə çarpmasıdır. İrəvanda çox hiss olunmasa da, son beş ildə Azərbaycan siyasi, hərbi, diplomatik arsenalını xeyli gücləndirib". Ekspert bildirib ki, Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan ordusunun təmas xəttinə yaxın bölgədə təlimlərə başlaması da diqqət çəkir. Onun sözlərinə görə, Sankt-Peterburq görüşündə böyük sıçrayış olmasa da, bu görüşü mənasız da adlandırmaq doğru deyil: "Əslində bu görüşdən sonra yeni vəziyyət yaranacaq. Qərb faktiki olaraq bu prosesdə Moskvanın aparıcı rolunu qəbul edir. Moskva nəticədə İrəvanı güzəştə məcbur edəcək, başqa yol yoxdur". Bir daha xatırladaq ki, elə sonuncu görüşün təşəbbüskarı da Rusiyadır. Heç kimə, hətta Qərbdən olanlara, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri Almaniyaya belə Dağlıq Qarabağ münaqişəsinin həllinin Moskvadan asılı olduğu sirr deyil. Ötən il Almaniya kansleri Angela Merkel bunu açıq şəkildə bildirmişdi. Kreml üçün iştirakçısı olduğu və ya vasitəçiliyini etdiyi başqa münaqişələr kimi, Dağlıq Qarabağ problemi də vacib kartlardandır. Rəsmi Moskva Ermənistanda artan anti-Rusiya ovqatını da nəzərdən qaçırmır. Ona görə də Sankt-Peterburq görüşünü keçirməklə ermənilərə Dağlıq Qarabağın, hətta Ermənistanın taleyinin əlində olduğu mesajını verdi.
Nüfuzlu rusiyalı politoloq Andrey Piontkovski isə məsələyə geosiyasi müstəvidə yanaşır. O hesab edir ki, Rusiya məsələyə bütün Qafqaz rakursundan yanaşır. Politoloq deyir ki, Putini Qarabağ münaqişəsinin nizamlanması deyil, Bakıya və İrəvana təsir göstərmək üçün münaqişənin idarə olunması maraqlandırır: "Hazırda Moskva Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi ideyasını yürüdür. Onlar Qarabağdakı təmas xəttinə leqal olaraq öz qoşunlarını yerləşdirmək istəyirlər".
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ