Rusiyada İstanbulun adının rəsmi olaraq dəyişdirilməsi təklif edilir. St. Peterburq millət vəkillərindən biri şəhərin Rusiyada "Konstantinopol" adlandırılması məsələsini qaldırıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya və Türkiyə arasındakı böhranın, baş nazir Binali Yıldırım və prezident Rəcəb Tayyib Ərdoğanın məktubları ilə yumşalıb-yumşalmayacağı müzakirə edildiyi bir vaxtda, St. Peterburq Qanunvericilik Məclisinin üzvü Vitali Minolov Rusiya baş naziri Dmitri Medvedyevə məktub göndərərək Rusiyada İstanbulun rəsmi olaraq "Konstantinopol" adlandırılmasını təklif edib.
Rusiya dövlət kanalı "Russia Today”in xəbərinə görə, Vitali Minolov Medvedyevə göndərdiyi məktubda İstanbulun tarixi adına dönüşünün Rusiya xalqı üçün əhəmiyyətli olduğunu qeyd edib.