Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaların müddəti növbəti dəfə uzadılacaq. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk mətbuat konfransında bildirib.
O deyib ki, sanksiyalar Minsk razılaşmaları ilə əlaqələndirilməlidir: "Əminəm ki, biz sanksiyaların müddətini uzadacağıq. Hesab edirəm ki, sanksiyaların müddətinin uzadılmasına dair qərar Aİ Şurasının iclasından əvvəl, yəni daha aşağı səviyyədə də qəbul oluna bilər".