Ukraynada yaşanan hadisələrdən sonra, Rusiyadan özünə qarşı ciddi təhlükə hiss edən Polşa təhlükəsizlik tədbirlərini gücləndirir. Baki-xeber.com xəbər verir ki, Polşa NATO dəstəyindən əlavə Rusiyaya qarşı xüsusi ordu yaradır.
Polşa rəsmilərinə görə, 35 min nəfərlik xüsusi ordu ölkədə Ukrayna ssenasinin qarşısını almaq üçün yaradılır. Ordunun qurulmasına sentyabrda başlanacaq.
Müdafiə naziri Antoni Maçereviç Könüllü Müdafiə Qüvvələrinin səlahiyyətlərinin də müəyyənləşdirildiyini deyib. Ordu hərbi təhsil görmüş könüllülərdən formalaşacaq.