Moskva Suriyaya xüsusi təyinatlı hərbi qüvvələr göndərməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə "Aljeeza”yə adı açıqlanmayan rus diplomatı məlumat verib.
O bildirib ki, Putinin müxaliflərə qarşı döyüşmək və "qəti zəfər" əldə etmək üçün Rusiya xüsusi hərbi qüvvələrini Suriyaya göndərməyə hazırlaşır.
Yerüstü əməliyyat artıq gündəmdə
Rusiyanın Suriya müharibəsinə müdaxiləsində səkkiz aydan çox vaxt keçir. Rus diplomat, Putinin əvvəllər yerüstü əməliyyat keçirilməsilə planı olmadığını, ancaq indi Moskvada bunu gündəmə gətirildiyini bildirib.
Putinin hərbi rəsmilərlə Rusiyanın digər döyüş birliklərinin də Suriyaya göndərilməsilə bağlı müzakirələr apardığı bildirilir.
Rusiya xarici işlər nazirinin keçmiş köməkçisi Andrey Fyodorov da "məsələ dəyərləndirilir, bu istiqamətdə planlar var" deyir.
Göndəriləcək xüsusi hərbi qüvvələrin Rusiya xüsusi təyinatlılarından, ya da BƏƏS rejimi və müttəfiqlərinin tərəfində döyüşmək istəyən könüllü dəstələrdən formalaşacağı gözlənilir.
"Bu, ordumuz üçün həssas bir mövzudur. Rusiyanın Suriyada yerüstü əməliyyata başlamasının lehimizə olub-olmayacağı ilə bağlı narahatlıqlar var. Bunun sülh danışıqlarını daha da gərginləşdirməsi və ABŞ-la daha çox problemə yol açması da narahatlıq doğuran məsələlər sırasındadır" – deyə Fyodorov di.
Əsədi qorumaq üçün son əməliyyat..
Rusiyada siyasi və hərbi dairələr bu narahatlıqlara baxmayaraq, Suriyaya əsgər əsgər göndərilməsini vacib sayır.
Rusiyanın hava dəstəyi ilə BƏƏS rejiminin irəliləməsinə baxmayaraq, müxaliflərin irəliləyişini dayandırmaq mümkün olmayıb. Kreml isə güc tarazlıqlarını müttəfiqinin lehinə çevirib, sülh danışıqlarında Əsədin əlini gücləndirmək istəyir. Hava dəstəyilə cəbhə xəttində heç bir dəyişikliyin olmamasına görə, Rusiya yerüstü əməliyyatla qəti zəfər əldə etmək istəyir.
Fyodorov bildirir ki, Rusiyaya görə, Əsəd Suriyanın 70 faizini nəzarətinə keçirməlidir ki, seçkilər keçirilə bilsin və nəticələri də Əsədin lehinə olsun: "Buna görə yerüstü əməliyyat getdikcə daha vacib bir əməliyyat kimi gündəmə gəlir".
Suriyada "Stalinqrad" döyüşü...
Hökumət daxilində yerüstü əməliyyatlara başlanması ilə bağlı Kremlə təzyiqlərin olduğu da bildirilir. Bəzi siyasətçilər BƏƏS rejimi və müttəfiqlərinin qəti bir zəfərlə nəticələnəcək son döyüşə, yəni Suriyanın "Stalinqrad"ı olacaq bir döyüşə ehtiyacı olduğunu deyir.