"Almaniya Parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyul 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".
Bunu Almaniya Parlamentinin 2 iyul 2016-cı il tarixində qondarma "erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnaməsini baki-xeber.com-a şərh edən XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.