şənbə günü, 21 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan-multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?
Tarix: 09.04.2016 / 01:38
Bölmə: Siyasət
Son 10 ildə Bakıda keçirilən müxtəlif beynəlxalq, o cümlədən humanitar forumlar təsdiq edir ki, artıq Azərbaycan milli və dini tolerantlığın örnək modelinə imza atmaqla yanaşı, həm də beynəlxalq multikulturalizm mərkəzinə çevrilib. Fərəhlə qeyd etmək lazımdır ki, ölkəmizin bu təcrübəsi dünyanın aparıcı ölkələrində də "dəyirmi masa" mövzusu kimi öyrənilir və təqdir edilir.
Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə demək olar ki, yoxdur.
Cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsini sivilizasiyaların toqquşması ideyasını müasir kövrək dünyaya təlqin edən bəzi politoloqlara tutarlı bir cavab kimi də qiymətləndirmək olar. Ümumiyyətlə, cari ilin "Multikulturalizm ili" elan edilməsi həm bu dəyərin Qərbdə iflasından (artıq bunu Qərb politoloqları özləri də etiraf edirlər), həm də ölkəmizdə bu sahədə qazanılan çoxəsrlik təcrübə və müasir siyasi iradənin dönməzliyindən xəbər verir.
Bu sahədə aparılan islahatlardan biri kimi Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının (AR) Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi. Həmin ilin may ayında isə Prezidentin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradıldı.
"Multikulturalizmin dünyada alternativi yoxdur"
Beynəlxalq anlayışa görə, multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu kontekstdən yanaşanda ölkəmizdə müxtəlif millət, din və mədəniyyət nümayəndələrinin azad yaşamaları üçün zəruri şəraitin mövcudluğun, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinin şahidi oluruq. Multikulturalizm artıq AR-nin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, fəqət, xalqımızın əxlaq kateqoriyasına çevrilən bu dəyər hazırda özünün intibah dövrünü Azərbaycan mühitində yaşayır. Bu baxımdan, 2016-cı il ölkəmiz tərəfindən bütün dünyaya mərhəmət, birlik, barışıq, şəfqət və xoşməramlılıq ili kimi göndərilən bir mesajdır. Prezident İlham Əliyev deyib: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq". Deməli, respublikamız öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. Bu təhlükəsizliyin ümumi mahiyyəti isə, etnik, dini və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Burada əsas prinsip ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, bütün xalq və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir.
BMTSA-nın VII Qlobal Forumu ərəfəsində...
Qeyd edək ki, multikulturalizm ili ilə əlaqədar "Tədbirlər planı" təsdiq edilib və artıq beynəlxalq və yerli müzakirələrə start verilib. Belə ki cari ildə fevralın 8-dən 15-dək BBMM, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş- 2016" adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbi fəaliyyət göstərdi. Hazırda BBMM-nin yay tədbirləri çərçivəsində həm ölkəmizdə, həm də diasporumuzun iştirakı ilə Avropanın iri şəhərlərində multikulturalizmə həsr olunan "dəyirmi masa"lar keçirilir, AMEA-nın nəzdində multikulturalizm problemləri üzrə elmi tədqiqat virtual mərkəz və digər qurumlar fəaliyyət göstərir.
BMT Sivilizasiyalar Alyansının aprel ayında Bakıda keçiriləcək VII Qlobal Forumu ərəfəsində paytaxtımızın daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsini xüsusilə vurğulamaq lazımdır. Belə ki, bu ilin 10-11 martında Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçirildi. Forumda münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, inteqrasiya və digər aktual məsələlərlə yanaşı, multikulturalizm mövzusu da müzakirə olundu. N.Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mötəbər tədbirdə, 4 ölkənin hazırkı prezidenti, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən artıq nümayəndə iştirak etdi. Ərazisi kiçik və əhalisi az, fəqət, dinamik inkişaf tempi və multikultural dəyərlərinə görə dünyaya örnək olan Azərbaycanda keçirilən bu tədbirin əhəmiyyəti barədə Böyük Britaniyanın baş naziri D.Kemeron deyib: "Qlobal Bakı Forumu dünyanın ən mühüm məsələlərinin müzakirəsi üçün gözəl bir fürsətdir".
Qeyd edək ki, 2006-cı ildə təsis edilən BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədi ekstremizmi aradan qaldırmaq, dünyanın müxtəlif icmalarının dinc yanaşı yaşamasını təmin etmək və beləliklə beynəlxalq sabitliyə dəstək verməkdir. Bu Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakıda keçirilməsinə dair AR ilə BMTSA arasında 2015-ci il oktyabrın 24-də Londonda saziş imzalanıb. Sənəd ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Təşkilat Komitəsi (TK) yaradılıb. TK-da AR Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və respublikanın digər qurumları ilə yanaşı, BMTSA, UNESKO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar da təmsil olunub. 40 tədbirin keçirilməsi nəzərdə tutulan Forumun veb-saytı istifadəyə verilib. Nazir Ə.Qarayev deyib: "Sivilizasiyalar Alyansı Forumunun Bakıda keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. ...Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir". TK-nın mütəmadi keçirilən iclaslarında həmçinin bildirilib ki, Forumda iştirak üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələr göndərilib. Diqqətə çatdırılıb ki, BMTSA-nın VII Qlobal Forumunun iclasları Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində olacaq. TK-dən bildirilib ki, BMT-nın baş katibi Pan Gi Munun da Forumda iştirak etməsi gözlənir. Vurğulanıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış xadimlərinin fikir və rəyləri yer alacaq.
BMTSA VII Qlobal Forumu ölkəmizə nə vəd edir?
VII Qlobal Forumun Bakıda keçirilməsini ölkəmizin yalnız tolerantlıq və multikulturalizm sahəsində uğurları ilə əlaqələndirmək doğru olmazdı. Çünki dövlət üstü dövlət - BMT kimi bir qurumun hər hansı ölkədə mötəbər tədbir keçirməsi üçün həmin ölkədəki siyasi, ictimai, sosial, mədəni və digər sahələrin necəliyi nəzərə alınır. BMT də məhz bu kompleks amilləri rəhbər tutaraq VII Qlobal Forumun paytaxtımızda keçirilməsinə qərar verib. Və şübhəsiz ki, bu qərar BMT-nin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir. Bəs qazanılan bu etimad ölkəmizə nə vəd edir?
Mövzu ilə bağlı araşdırmalar göstərir ki, Forumun Bakıda keçirilməsi: 1) respublikamızın müasir, demokratik, sülhsevər, açıq və təhlükəsiz ölkə olduğunu bir daha təsdiqləyəcək; 2) AR-nin müasir dünya siyasətindəki rolu və yerinə dəstək verəcək; 3) dünya ictimaiyyətinin xoşməramlı və qonaqpərvər, tolerant və multikultural xalqımız haqqında bilgilərini artıracaq; 4) dövlətimizin müstəqil siyasi kursuna yeni nəfəs gətirəcək; 5) respublikamızın xarici dövlət və təşkilatlarla hərtərəfli əlaqəsini daha etibarlı və bərabərhüquqlu edəcək; 6) Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verəcək; 7) monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanın müxtəlif millət, din və mədəniyyət nümayəndələrinin birgə yaşaması üçün örnək məkan olduğunu qərəzli və ermənipərəst dairələrə bir daha sübut edəcək; 8) Qərbdə süni yaradılan islamofobiya cəhdlərinə BMT səviyyəsində tutarlı cavab olacaq; 9) xarici ölkə və ictimai qurumların Azərbaycanla bağlı hesabatlarında ikili standartlardan yanaşmalara sipər olacaq; 10) multikultural dəyərlərimizin lokal və qlobal münaqişələrin humanitar metodlarla həllində rolunu artırmaqla, onun BMT-nin ideoloji təsir vasitəsinə çevrilməsinə şərait yaradacaq. Azərbaycan modelini ümumbəşər malı edəcək; 11) ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin inamını artıracaq. Dini, dili, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq sərmayə planlaşdıran əcnəbi investorları fəaliyyətə cəlb edəcək; 12) ölkəmiz haqqında bitərəf və qərəzli mövqedə olan dövlət və beynəlxalq təşkilatların mövqeyinin dəyişməsinə rəvac verəcək; 13) dünya birliyi ilə, siyasi-iqtisadi, multikulturalizm də daxil olmaqla, mədəni əlaqələrə impuls verəcək; 14) etibarlı tərəfdaş və əmin-amanlı bölgə kimi Azərbaycanın turizm sektorunu daha da inkişaf etdirəcək; 15) sivilizasiyaların toqquşmasının yox, onların birgə və dinc yaşamasının vacibliyini vurğulayan Prezident İlham Əliyevin: "Multikulturalizmin dünyada alternativi yoxdur..." fikrinə beynəlxalq aləmdə yeni dəstək qazandıracaq; 16) doğma Bakımızın beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirilməsi üçün daha təhlükəsiz şəhər olduğunu, onun multikultural mərkəz kimi rolunu daha da artıracaq; 17) diasporumuzun fəaliyyətini stimullaşdıracaq; 18) jurnalistikamızın, xüsusən mədəniyyət və turizm üzrə jurnalistikanı yeni çalarlarla zənginləşdirəcək və müvafiq beynəlxalq informasiya agentlikləri ilə sıx əməkdaşlığa rəvac verəcək və s.
Göründüyü kimi Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizə yalnız humanitar-mədəni yox, həm də siyasi-iqtisadi dividendlər gətirəcək. Müasir azərbaycançılıq ideologiyasının tərkib hissəsinə çevrilən multikulturalizm fenomeni artıq dövlət-cəmiyyət həmrəyliyindən irəli gələn qarşılıqlı anlaşma, əmin-amanlıq, stabilliyin qarantına çevrilib. Bunu Foruma hazırlıqla bağlı BMTSA-nın BMT qərargahında keçirilən müzakirələrdə (12-16 yanvar 2016-cı il): "Bu, Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilzasiyalararası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir" xüsusi vurğulanan cümlə də təsdiq edir.
Elə respublikamızın 2 mötəbər qurumunun birgə keçirdiyi jurnalist müsabiqəsinin məqsədi də bu amala xidmət edib, ölkəmizin multikultural təcrübəsinin beynəlxalq aləmdə öyrənilməsi və təşviqinə KİV-in dəstəyini təmin etməkdir.
Vaqif Cəliloğlu, tex.e.üzrə fəlsəfə doktoru
P.S. Gözləntimiz həm də odur ki, Forum cari ilin 1-5 aprel tarixlərində baş verən erməni təxribatına görə, terrorizmin Ermənistanda dövlət səviyyəsində olduğunu bəyan edib Azərbaycanın haqq işinə dəstək verəcək.
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
Tarix: 21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
Tarix: 21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
Tarix: 21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
Tarix: 21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
Tarix: 21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
Tarix: 21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
Tarix: 21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
Tarix: 21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
Tarix: 21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
Tarix: 21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
Tarix: 21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib
20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb
20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...
20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı
- körpülər vuruldu...
20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi
- sonra ondan üzr istəyirəm...
20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...
20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi
20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ