şənbə günü, 21 noyabr 2026
     

1990-cı ildə Bakı aeroportunda Heydər Əliyevi ilk qarşılayanlardan birinin dedikləri...

Image


"2005-ci ildə birbaşa efirdən Eldar Mahmudova dedim ki..."
"2010-cu ildən işsizəm"...
Onunla görüşümüz aprelin 5-ə təsadüf etdi. Hiss etdik ki, əhvalı şəndi. Səbəbini belə izah etdi ki, düz 24 il bundan əvvəl, məhz bu tarixdə böyük uğura aparan mühüm siyasi addımlardan birinə imza atıblar. 1992-ci ildə Konstutisiyanın 121-ci maddəsinin 2-ci bəndinə etiraz əlaməti olaraq Milli Məclisin qarşısında mitinqlər təşkil ediblər. Xatırladaq ki, vaxtilə tətbiq edilən həmin maddənin məhz mərhum prezident Heydər Əliyevin prezident seçkilərində iştirakının qarşısını almaq üçün meydana çıxmışdı.
Kefinin yaxşı olmasının digər səbəbini isə Milli Ordumuzun cəbhədə qazandığı zəfərlə izah etdi. Beləliklə, müsahibimiz 2000-2005-ci ildə Milli Məclisin deputatı, 2006-2010 - cu illərdə Naftalan şəhər icra hakimiyyəti başçısı olmuş YAP Siyasi Şurasının üzvü Musa Musayevdir.
- Musa müəllim, daim fəal olan bir adam, nədənsə, son vaxtlar gözə dəymir, vəziyyətiniz necədi?
- Hər şey qaydasındadır. Adam aktiv fəaliyyətdə olanda gözə çox dəyir. Yəqin bundandır (Gülür-M.Q)
- Deyəsən, işsizsiniz?
- Bəli, 2010-cu il yanvarın 25-dən mən işsizəm.
- Amma YAP Siyasi Şurasınız üzvüsünüz. Sizi bura gətirən yol hardan başlayır?
- Mənim siyasi fəaliyyətim ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyindən haqsız yerə uzaqlaşdırılmasından sonra başlayıb. Həmin vaxt istər Moskvada, istərsə də burda Heydər Əliyevə qarşı qarayaxma kampaniyasına start verilmişdi. Dahi şəxsiyyətin rəhbər vəzifələrdə işlədiyi dövrdəki xidmətləri kənara qoyularaq, ona qarşı məkrli planlar işə salınmışdı. Gən ziyalı kimi, həmin vəziyyətə biganə qala bilmədim. Həmin vaxtdan da siyasi fəaliyyətə start verdim.
- Deməli, Sizi siyasətə yalnız Heydər Əliyev faktoru gətirib...
- Mən əslən Qərbi Azərbaycandanam. Bilirsiniz ki, elə həmin illərdə orda yaşayan soydaşlarımızın deportasiyasına başlandı. Gördüm ki, həmin prosesin məhz Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşmasından sonra başlaması təsadüf deyil. 1988-cu ildə Ermənistanda bir mənim doğulub boya-başa çatdığım Nüvədi kəndindən başqa azərbaycanlı qalmamışdı.
- Niyə məhz Nüvədidə bu mümkün olmuşdu?
- Bilirsiniz ki, bizim kənd Ordubadla Mehri rayonu arasında yerləşirdi. Əhalisinin isə hamısı azərbaycanlı idi. 1990-cı ildə mərhum Heydər Əliyevin gəlib Naxçıvanda yaşaması nüvədilərə də ürək-dirək verdi. Bizim camaatın kəndi gec tərk etməsində Heydər Əliyev faktoru danılmaz rol oynayıb. Ancaq həmin vaxtlar Heydər Əliyevin özünü də rahat buraxmırdılar. Onun nüfuzundan ehtiyat edən Ayaz Mütəllibov hakimiyyəti parlamentdə oyrədilmiş adamlar vasitəsilə ümummilli liderin üzərinə əsassız hücumlar təşkil etdi. Bayram Bayramov, Mirabbas Qasımov, Nadir Mehdiyev kimi adamlar Heydər Əliyevin əleyhinə çıxışlar etdilər. Əslində isə bu prosesə hələ 1987-ci ildən start verilmişdi. Yaxşı yadımdadır, həmin vaxtlar məşhur "Dalğa" verilişi vardı. O proqrama Heydər Əliyevin dövründə vəzifədən uzaqlaşdırılan adamları çağırıb ucuz şoular təşkil edirdilər. Elmlər Akademiyasında çalışan gənc mütəxəssis kimi mən həmin haqsızlığa dözmədim. Xatırlayıram ki, həmin verilişə məktub göndərdim. Makinada yazılan həmin məktub bu gün də məndə durur (göstərir-M.Q). Məzmunu beləydi ki, Heydər Əliyevi əsassız hədəfə çevirmək, onun gördüyü bütün işlərin üstündən xətt çəkmək doğru deyil.
- Məşhur "Yaş senzinin ləğvi" mitinqlərinin təşkilatçılarından olubsunuz. Əslində, böyük bir hadisə sayılan həmin proseslər barədə məlumat olduqca azdı. Bəlkə bu barədə bizi məlumatlandırasınız. Nəyə etiraz edirdiniz və həmin mitinqi kimlər təşkil edirdi?
-Həmin mitinqlərin başlıca tələbi Heydər Əliyevə seçkilərdə iştirakla bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasından ibarət idi. Mitinqin təşkilatçıları arasında Hacıbala Abutalıbov, Murtuz Ələskərov, Səfiyar Musayev, Osman Abutalıbov, Rizvan Vahabov, Aydın Heydərov, Xeyrulla Hümbətov, Əli Nağıyev, Siyavuş Novruzov, Abdin Fərzəliyev və başqaları vardı. Bir neçə gündən sonra Ayaz Mütəllibovun tərəfdarları gəlib həmin mitinqi dağıtdılar. Əsas fəallıq edənlər Hacı Əbdüllə "Qardaşlıq" cəmiyyətinin sədri olan cinayətkar Ağa Axundov idi. Onların silahlı dəstələri bizim üzrimizə hücum çəkdi. Biz oranı tərk etdikdən sonra onlar Ali Sovetin qarşısında böyük bir çadır qurub orda keşik çəkməyə başladılar. Mitinqlərimizi Elmlər Akademiyasındakı bağda davam etdirdik. 1992-ci ildə "91-lər" adı ilə bir qrup ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Sonra YAP-ın yaranması prosesi başladı. Bu tarix barədə xeyli məlumat olduğu üçün geniş danışmaq istəmirəm.
- O vaxt da YAP-a üzv oldunuz?
- Bəli, partiyanın qurulmasında yaxından iştirak etmişəm. Nəsimi rayon təşkilatının yaradıcısı mən olmuşam. 1993-cü ilin fevral ayında Heydər Əliyevin qardaşı Həsən Əliyev rəhmətə getdi.
Mərhum prezident yas mərasimində iştirak etmək üçün Bakıya gəldi. Həmin vaxt o, Bakıda YAP rayon təşkilatlarının sədrlərilə görüş keçirdi. Görüşdə mən də iştirak etdim və Heydər Əliyevin qaşısında ilk çıxışı mən etdim. Qeyd edim ki, həmin vaxt Nəsimi rayonundakı YAP üzvlərinin sayı Bakının digər 10 rayonundakı üzvlərinin sayına bərabər idi.
Çıxışımdan sonra Heydər Əliyev cənabları ilə görüşümüz oldu. Qərara alındı ki, 3 gün ərzində bizim Nəsimi rayon təşkilatının konfransını təşkil edək. Orda Heydər Əliyevin də iştirakı nəzərdə tutulurdu. Hansısa səbəbdən, deyə bilmərəm, həmin konfrans təxirə salındı. Həmin qərarı mənim nəzərimə YAP-ın o zaman sədr müavini olan Rəfael Allahverdiyev çatdırdı.
-Heydər Əliyev Naxçıvanda yaşadığı dövrdə onunla orda görüşünüz olubmu?
-Xeyr, mən Heydər Əliyevlə Naxçıvanda görüşməmişəm. Onunla ilk görüşüm 1990-cı ilə təsadüf edir. Həmin vaxt Heydər Əliyev Moskvadan Azərbaycana qayıdırdı. Onu hava limanında qarşılayanların arasında mən də vardım. Ayaz Mütəllibovun cinayətkar dəstələri onun Bakıya qayıdışına imkan vermək istəmirdi. Hətta xoşagəlməyən şüarlar belə səsləndirirdilər. Azlıq təşkil etsək də, onların qabağından qaçmadıq. Mərhum aakademikimiz Cəlal Əliyevin və bir neçə nəfər Əliyevsevərin köməyilə biz onu qarşılayıb Cəlal müəllimin evinə apardıq. Bir neçə gün burda qaldıqdan sonra isə o, Naxçıvan şəhərinə getdi.
- Bəs Heydər Əliyev ölkəyə ikinci dəfə rəhbərlik etməyə başlayanda Siz nə işlə məşğul oldunuz?
- Həmin vaxt mən Elmlər Akademiyasının Nəbatət bağında çalışırdım. 1994-cü ildə YAP Nəsimi rayon təşkilatının sədri kimi elə həmin rayonun yeni yaradılan özəlləşmə idarəsinin rəisi təyin edildim. 1994-cü ilin may ayından 1996-cı ilin dekabr ayına qədər həmin vəzifədə işlədim.
Sonra Nazirlər Kabineti yanında Dünya Bankının həyata keçirdiyi layihəyə rəhbər müavini təyin olundum. 2000-ci ilin noyabr ayına qədər həmin sahədə çalışdım. Həmin ilin parlament seçkilərində YAP-ın təqdim etdiyi siyahı üzrə millət vəkili seçildim.
- Sonrakı seçkilərdə niyə parlamentə düşə bilmədiniz?
- Yəqin siz jurnalistlərin də yadında mənim deputat olduğum dönəmlər yaxşı qalıb. Çünki o vaxt mən çox fəal depuatat idim. 2005-ci il seçkilərinə mən yenə YAP-ın irəli sürdüyü namizəd kimi qatılmışam. Binəqədi rayonu 8 saylı dairədən estafetə qoşuldum. Həmin vaxt YAP-ın qərarı oldu ki, hər dairədən hakim partiyanın bir namizədi olmalıdır. 8 saylı dairədən 24 nəfərin namizədliyi irəli sürülmüşdü. Onlardan 11-i YAP üzvü idi. Onlar təmsil olunduqları partiyanın qərarına zidd getmişdilər. Həmin YAP-çılardan biri də o vaxtkı Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev idi. Yəqin ki, 2012 və 2013-cü illərdəki "Gülərqeyt" əməliyyatı yadınızdadır. Elşad Abdullayevin nümayiş etdirdiyi videolarda həmin dövrdəki seçkilərdən çox danışılır. Həmin adamın çox böyük maddi imkanları vardı. Nəyin bahasına olursa-olsun deputat olmaq istəyirdi. Az qalırdı ki, buna nail də olsun. Hətta MSK onun deputat seçildiyi belə elan etdi. Ancaq sonradan nəticələr ləğv olundu və Elşad Abdullayev 9 saylı dairədən əlavə seçkilər zamanı yarışa qatıldı. Orda YAP-ın irəli sürdüyü namizəd olaraq iştirak edirdi. Həmin dairədə onun namizədliyi məhkəmənin qərarı ilə ləğv olundu.
- Yadımızdadır, həmin seçkilərin təbliğatı zamanı o zaman böyük nüfuza malik olan Eldar Mahmudova televiziya vasitəsilə müraciət edirsiniz və bildirirsiniz ki, Elşad Abdullayev cinayətkar olduğu üçün həbs edilməlidir. Belə risqli çıxışa Sizi nə vadar etmişdi?
- Mən Elşad Abdullayev barəsində dəqiq araşdırmalar aparmışdım. Əldə etdiyim nəticə bundan ibarət idi ki, həmin adam fırıldaqçının biridi. Bütün bunlar məni Elşad Abdullayevin əsl simasını cəmiyyətə çatdırmağa vadar etdi. ANS telekanalının ödənişli efirindən istifadə edərək, Elşad Abdullayevin cinayətkar olduğunu bəyan etdim. Dedim ki, Elşad Abdullayev YAP-a xəyanət edibsə, sabah dövlətimizə də xəyanət edəcək. O vaxt Elşad Abdullayevi Binəqədi rayon İcra Hakimiyyətində, Milli Təhlükəsizlik Nazirliyində, MSK-da dəstəkləyən qüvvələr vardı. Bu səbəbdən də efir vasitəsilə Eldar Mahmudova müraciət etdim ki, Elşad Abdullayev dərhal həbs olunmalıdır. Tarix göstərdi ki, mən düz danışmışam.
- Seçkidəki uğursuzluqdan sonra, deyəsən. bir müddət işsiz qaldınız?
- Deputat seçilə bilməyəndən sonra mən YAP-da öz fəaliyyətimi davam etdirdim. Çünki həmin partiyanın Siyasi Şurasının üzvü idim. 2006-cı il mart ayının 24-də cənab Prezidentin əmri ilə mən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı təyin olundum. Mən ora gedəndə Naftalanın ərazisi 305 hektar idi. Balaca kurort şəhərinin 8 minə yaxın əhalisi vardı. Ancaq Sovetlər dönəmində həmin şəhərə ildə 60-70 min turist gəlirdi. Ancaq mənf fəaliyyətə başlayanda həmin sanatoriyaların çoxu fəaliyyət göstərmirdi. Çünki 5 sanatoriyanın hamısında qaçqınlar yerləşmişdi. Naftalanda çalışdığım 4 il ərzində məqsədim Naftalanın keçmiş şöhrətini özünə qaytarmaqdan ibarət olub. 2006-2010 cu illərdə Naftalan şəhərində 6 sanatoriya tikilib istifadəyə verildi. Mənim təkliflərimdən sonra şəhərin ərazisi genişləndirilərək 3573 hektara, əhalisi isə 10 min nəfərə çatıb. Göranboyun nəzdində olan bir neçə kənd artıq Naftalana birləşdirilib.
- Sizin işdən azad edilməyinizi 2009-cu il bələdiyyə seçkilərinin Naftalanda baş tutmamağı ilə izah edənlər də oldu. Bu nə dərəcədə doğrudur?
- Tamamilə doğru deyirsiniz. Belə iddialarla mən də rastlaşmışam və hər birinə ətraflı cavab vermişəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər demokratik və yüksək səviyyədə keçir. Hər zaman seçkilərdə fəal iştirak etmişəm. 1993-cü il prezident seçkilərində Nəsimi rayonu üzrə DSK-nın sədr müavini olmuşam. Sonra 5 il parlamentdə təmsil olunmuşam. Seçki sahəsində böyük təcrübəm olub. Qazandığım təcrübə onu deməyə əsas verir ki, mən heç vaxt seçkidə qanunsuzluğa yol vermərəm.
Bu mənə qarşı qərəzli olan bəzi insanların ortaya atdığı yalan idi. Bir daha bəyan edirəm ki, 2009-cu ildə Naftalanda bələdiyyə seçkiləri çox demokratik şəraitdə keçirilib. Bəzi adamların ordakı maraqları təmin edilmədiyi üçün seçkilərin nəticəsi ləğv edildi. Məni vəzifəyə İlham Əliyev təyin etmişdi, o da azad etdi.
Heç bir vəzifə uzunömürlü deyil. Harda olmağımdan asılı olmayaraq, mən Heydər Əliyev yoluna sona qədər sadiq adamam. Cənab Prezidentin istənilən etimadını bundan sonra da doğrultmağa hazıram.
- Hansısa postda çalışmağa hazırsınızmı?
- 2010 cu ildən işsizəm. Təbii ki, işsizlik yaşı deyil, amma mən nə edə bilərəm? Bir daha deyirəm ki, mənə tapşırılan istənilən işin öhdəsindən layiqincə gəlməyə hazıram.
Məhəmmədəli QƏRİBLİ 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ