şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli mexanizmin əlaqələndirici orqanı yaradıldı

Image


İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə aprelin 5-də İranın Ramsar şəhərində xarici işlər nazirlərinin IV üçtərəfli görüşü keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşdə bəyannamə qəbul edilib.

Nazirlər bəyannamədə xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan və Van bəyanatlarına dair öhdəliklərini vurğulayıblar, üç ölkənin xalqları arasında mövcud olan dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlərin daha güclü həmrəylik üçün xüsusi imkanlar yaratdıqlarına əminliklərini ifadə ediblər.

Həmçinin tərəflərin xüsusilə iqtisadi yüksəliş və dayanıqlı inkişaf yolu ilə üç ölkənin xalqları üçün firavanlıq təmin edəcək sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni yollar tapmağa dair əzmləri vurğulanıb.

XİN rəhbərləri bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi vasitəsilə regionda sülh, sabitlik, təhlükəsizlik, firavanlıq və əməkdaşlıq həlqəsinin yaradılmasına dair öhdəliklərini təsdiq etdilər və bu səylərin həmrəylik yolu ilə regional sahiblik hissini gücləndirəcəyini vurğuladılar; regionda sülh və sabitliyin möhkəmləndirilməsində birgə maraqlarını vurğuladılar və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və bütün mübahisələrin dinc yolla nizamlanması da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə öhdəliklərini qeyd etdilər; bu xüsusda, yuxarıda qeyd olunmuş prinsiplər əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasının vacibliyini vurğuladılar.

Tərəflər regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün müxtəlif səviyyə və platformalarda, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə maraq kəsb edən regional və qlobal məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldilər.

Həmçinin 14 iyul 2015-ci il tarixində İran İslam Respublikası və P5+1 ölkələri (Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları) və Avropa İttifaqı arasında Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) dair imzalanmış sazişi alqışladılar, sanksiya və məhdudiyyətlərin aradan qaldırılması ilə qonşu ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əvvəlkindən daha yaxşı zəmin yaradıldığına inamlarını ifadə etdilər, bu xüsusda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun sazişlə bağlı sonuncu hesabatında göstərildiyi kimi, sazişin tələblərini düzgün və ciddi yerinə yetirdiyi üçün İran İslam Respublikasını təqdir etdilər və digər BHFP iştirakçılarını öz öhdəliklərini məsuliyyətlə yerinə yetirməyə çağırdılar.

Tərəflər Nüvə Silahının Yayılmaması Müqaviləsinə dair 2015-ci ildə keçirilmiş Konfransın nəticələrindən məyusluq ifadə etdilər və Yaxın Şərqdə nüvə silahı və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına dair 1995-ci ilin Yaxın Şərq Qətnaməsinin yerinə yetirilməsi üçün Fəaliyyət Planı qəbul etmiş 2010-cu ilin Nüvə Silahının Yayılmaması Müqaviləsinə dair Konfransının yekun sənədinə dəstəklərini təsdiq etdilər.

XİN rəhbərləri iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səyləri gücləndirməyi qərara aldılar.

Onlar iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdilər, ticarət, nəqliyyat, rabitə və enerji kimi prioritet sahələrə diqqətin yönəldilməsinin və bütün üzv ölkələr üçün maraqlı sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar; təhlükəsizlik və sabitlik baxımından bütün hallarda öz ərazilərinin hər hansı şəxs və ya qrup tərəfindən bir-birilərinə qarşı hər hansı hədə və fəaliyyət üçün istifadə edilməsinə icazə verməyəcəklərinə dair əzmlərini vurğuladılar.

Həmçinin terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürləri, transmilli cinayətlər, narkotik maddələr və silahların qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya, eləcə də təriqətçiliyə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti öhdəliklərini xüsusilə qeyd etdilər, İran İslam Respublikasının təşəbbüsü ilə 20 dekabr, 2015-ci il tarixində "Zorakılıq və Zorakı Ekstremizm əleyhinə Dünya" (A/RES/70/109) adlı BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməni təqdir etdilər və sözügedən Qətnamənin tam yerinə yetirilməsinə çağırış etdilər.

Tərəflər etnik mənsubluq, irq, rəng, din və inama görə qeyri-tolerantlıq və ayrı-seçkiliyin bütün formalarını qınayaraq və müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlıq təşviq edilməsinin vacibliyini vurğulayaraq, tərəflər Türkiyə və İspaniya tərəfindən birgə dəstək verilən BMT-nin Sivilizasiyalar Alyansı Təşəbbüsünün məqsəd və prinsiplərinə sadiqliklərini təsdiq etdilər. Bu xüsusda, 25-27 aprel 2016-cı il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Alyansın 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusilə qeyd etdilər və yuxarıda qeyd olunmuş Forumda fəal iştirak etmək üçün hazır olduqlarını vurğuladılar.

XİN rəhbərləri İslam Dünyasının üzləşdiyi mürəkkəb problemlərə qarşı durmaq üçün qardaşlıq və İslam birliyinin təşviqinin əhəmiyyətini qeyd etdilər və tolerantlıq, anlaşma və İslam həmrəyliyinin möhkəmləndirilməsində daha fəal və effektiv əməkdaşlıq etmək niyyətlərini vurğuladılar; 2016-2018-ci illər üçün Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planının qəbul olunmasının əhəmiyyətini vurğuladılar və onun həyata keçirilməsində Xarici İşlər Nazirlərinin əlaqələndirici rolunu qeyd etdilər; bu səbəbdən müvafiq Nazirlik və Agentlikləri Fəaliyyət Planının müddəalarının praktiki yerinə yetirilməsi üçün üçtərəfli əməkdaşlığı gücləndirməyə və Fəaliyyət Planının icrasının davam etdirilməsi üçün səy göstərməyə həvəsləndirdilər.

Qəbul olunmuş qərarlar və nazirlər səviyyəsində qəbul olunmuş Fəaliyyət Planının yerinə yetirilməsinə nəzarət edilməsinin vacibliyini vurğuladılar və üçtərəfli mexanizmin əlaqələndirici orqanı kimi fəaliyyət göstrəcək İcraedici Komitənin yaradılmasını qərara aldılar. Komitə ən azı ayda bir dəfə nazirlər görüşündən əvvəl çağırılacaq və sahəvi əməkdaşlıq üzrə fəaliyyət planlarında sadalanan fəaliyyətlərin həyata keçirilməsi üzrə əldə olunan uğurları nəzərdən keçirəcək və nazirlərin üçtərəfli görüşünə məruzə edəcək. Bu İcraedici Komitə üç ölkənin siyasi səviyyədə Xarici İşlər Nazirlərinin müavinlərindən təşkil olunacaq.

Nazirlər, həmçinin regional və qlobal məsələlər üzrə siyasi dialoq, koordinasiya və əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə üçtərəfli formatda müntəzəm görüşlər keçirilməsinin vacibliyini vurğuladılar.

Növbəti görüşün 2017-ci ildə Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ