ABŞ-ın vitse-prezidenti Co Bayden Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi fonunda böhranın həllinin vacibliyini vurğulayıb. Bu barədə Bayden özünün "Tvitter"dəki səhifəsində yazıb.
O qeyd edib ki, münaqişənin tammiqyaslı tənzimlənməsi ölkələrinin sabitliyi, təhlükəsizliyi və inkişafı üçün çox vacibdir
Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa və danışıqlar prosesinə qayıtmağa çağırır.
Onun sözlərinə görə, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi tərəflərin danışıqlar prosesinə qaytarmağı üçün səylərini əsirgəməyəcək.
"Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT nizamnaməsi, Helsinki yekun aktı, xüsusilə də ərazi bütövlüyü prinsipləri əsasında ədalətli həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyirik", - deyə Toner bildirib.