şənbə günü, 21 noyabr 2026
     

Son erməni təxribatının kökləri və motivləri...

Image


Bütün hallarda qələbələrimiz davamlı olacaq

Son günlər qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi. Ermənistanı belə bir təxribata sövq edən bir neçə səbəb var. Bir tərəfdən, Ermənistanda çoxdan davam edən iqtisadi tənəzzül artıq elə bir həddə çatıb ki, başqa ölkələrə keçə bilməyib məcburən Ermənistanda yaşayan əhali hökümətə qarşı siyasi tələblər irəli sürür, Ermənistanda hakimiyyəti zəbt etmiş quldur dəstəsindən yaxa qurtarmaq üçün aramsız etiraz aksiyaları keçirirlər.
Öz hakimiyyətini uzatmaq üçün Sarkisyan hökumətinin keçirdiyi referendumun saxtalaşdırılmasından sonra əhalinin hakimiyyətə qarşı təzyiqi getdikcə artmaqdadır. Bu təzyiqi azaltmaq üçün Sarqsyan rejiminə ictimaiyyətin diqqətini daxili siyasi durumdan yayındırmaq lazım gəlir. Buna görə də Qarabağda vəziyyətin gərginləşdirilməsi müxalifəti cilovlamaq üçün Ermənistan hakimiyyətinə bəhanə kimi çox lazımdır.
Digər tərəfdən, ermənilərin və onların müttəfiqlərinin bütün ciddi-cəhdlərinə baxmayaraq, son aylarda Avropa Birliyinin yüksək çinli nümayəndələrinin Azərbaycana səfərləri intensivləşmiş, Avropa və ABŞ tərəfindən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını birmənalı şəkildə dəstəkləyən bəyanatlar səsləndirilmişdir. Layihənin əleyhdarları regionda qeyri-sabitlik görüntüsü yaratmaq üçün həmişə olduğu kimi, bu dəfə də ermənilərin pozuculuq əməlindən yararlanmaqda maraqlıdırlar.
Nəhayət, Azərbaycan Prezidentinin bu günlərdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, sammit çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər Azərbaycana qarşı xoşməramlı münasibəti, qlobal və regional məsələlərdə Azərbaycanın rolunun etiraf olunmasını və dəstəkləndiyini nümayiş etdirir. ABŞ-ın vitse-prezidenti Co Baydenin öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsini ifadə etməsi isə Azərbaycanın haqlı mövqeyinin ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənməsi deməkdir. Bu da, öz növbəsində, Azərbaycanın müstəqil siyasət aparmaq kursunu qəbul etməyən qüvvələri qıcıqlandırmaya bilməzdi.
Bütün bunların toplamı Ermənistanı və onun havadarlarını Azərbaycana qarşı təzyiqləri artırmağa sövq edir və ermənilər də, həmişə olduğu kimi, öz mənfur təxribatçılıq rolunu oynamaqda davam edir.
Lakin Milli Ordumuzun döyüş ruhunu düzgün dəyərləndirə bilməyən ermənilər bu dəfə layiqli cavabını aldı və artıq belə təxribatların uğur gətirməyəcəyinə bir daha əmin oldu. Son hadisələr status-kvonun qorunub saxlanması üçün münaqişənin həll olunmasını ləngidən tərəflər üçün də vacib bir mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa olsun, biz öz torpaqlarımızı azad edəcəyik.
Dünya ölkələrinin əksəriyyətində media orqanları baş verən hadisələri işıqlandıraraq münaqişənin tarixi haqqında məlumat verir. Verilən şərhlərdən də görünür ki, zaman keçdikcə, dünyanın münaqişə haqqında bilgiləri obyektivlik istiqamətində dəyişməkdədir. Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması üçün dünyanın müxtəlif bölgələrində Azərbaycan dövləti tərəfindən, eləcə də Heydər Əliyev Fondu, diplomatik korpusumuz, diaspor təşkilatlarımız və ayrı-ayrı vətəndaşlarımız tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərin artıq bəhrə verdiyini görürük. Zaman keçdikcə Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimai rəydə daha geniş şəkildə yayılmaqda və daha geniş miqyasda qəbul olunmaqdadır. Bütün bunlar son 2 onillik ərzində Azərbaycan dövlətinin apardığı müstəqil, qətiyyətli və ardıcıl xarici siyasi kursun xalqımız və dövlətimiz üçün uğurlu olduğunu və Qarabağ həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması üçün seçilmiş fəaliyyət istiqamətinin doğru olduğunu göstərir. Bəzi beynəlxalq mətbu orqanlarda ölkəmizin bu münaqişəyə xarici güclər tərəfindən cəlb olunmasının və Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyinin vurğulanması uzun illər ərzində düşmənlərimiz tərəfindən Azərbaycana qarşı aparılmış qərəzli informasiya müharibəsinin də iflasa uğradığını göstərir.
Baş verən hadisələrə beynəlxalq qurumların reaksiyalarını isə hələ də adekvat hesab etmək olmaz. Müxtəlif ölkələrdən ayrı-ayrı siyasətçilər Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləsələr də, BMT, AB, ATƏT, AŞPA kimi vacib qurumların rəhbərləri öz açıqlamalarında, həmişə olduğu kimi, tərəfləri qarşıdurmadan çəkinməyə çağırmaqla kifayətlənirlər. BMT Baş katibi Pan Gi Mun öz bəyanatında tərəfləri 1994-cü il Atəşkəs Sazişinə əməl etməyə çağırır, lakin ondan da əvvəl özünün rəhbərlik etdiyi qurum tərəfindən qəbul olunmuş 4 Qətnaməyə hələ də əməl olunmadığını unudur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlıq ifadə edən çağırışı və Vyanada növbəti görüş keçirmək haqqında bəyanatı da, həmişə olduğu kimi, işğalçı ilə işğala məruz qalan tərəfləri eyniləşdirmək cəhdlərindən başqa bir şey deyil.
Belə çıxır ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və təcavüzkarı buxovlayacaq yeganə güc mərkəzi məhz Azərbaycan Ordusu və Azərbaycan Prezidentinin erməni işğalına qarşı güzəştsiz mövqeyidir. Azərbaycan xalqının yeganə ümid yeri ölkə başçısının bütün işğal olunmuş ərazilərimizin azad olunması üçün dəfələrlə bəyan etdiyi siyasi iradəsi və qətiyyətidir. Bu gün Azərbaycan əsgəri işğalçı ordunu öz səngərlərini qoyub qaçmağa məcbur edirsə, bir gün Azərbaycan hakimiyyəti də işğalçını dəstəkləyən qüvvələri öz ədalətsiz inadlarından geri çəkilməyə məcbur edəcək. Bu yolda bütün Azərbaycan xalqı Azərbaycan Prezidenti ətrafında monolit ümumxalq birliyi nümayiş etdirir. Hər bir Azərbaycan vətəndaşı işğal olunmuş torpaqlarımızın azad olunması və düşmən təcavüzündən müdafiə olunması üçün müqəddəs savaşa canı və qanı ilə hazırdır. Bu günlərdə Vətən torpaqlarının azad olunması üçün canından keçmiş igid əsgərlərimiz bu günün və gələcəyin əbədi qəhrəmanlarıdır. Onlar torpağımızın hər qarışı üçün canlarından keçməyə hər an hazır olduqlarını öz şücaətləri ilə göstərdilər və ölməzliyə qovuşdular.
Qarabağ avantürası üzərində Ermənistanda siyasi hakimiyyətə yiyələnmiş cinayətkar dəstə isə əmin olmalıdır ki, onlar nəinki öz hakimiyyətini, heç Ermənistan adlanan qondarma dövləti də qoruyub saxlaya bilməyəcəklər. Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayan və başqa dövlətlər üçün forpost funksiyası daşıyan qondarma bir qurum bir gün dünyanın siyasi xəritəsindən silinib gedəcək. Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq. Bu yolda şəhid olmuş qəhrəman əsgərlərimizin ruhuna hörmət və ehtiram hissi ilə.
Cavanşir Feyziyev,
Millət vəkili,
fəlsəfə doktoru
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ