Pakistan ermənilərin törətdikləri vəhşilikləri həmişə pisləyib və hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi bir dövrdə qardaş Azərbaycanı dəstəkləyir.
Bunu Trend-ə Pakistan Prezidentinin katibi Əhməd Faruk deyib.
Onun sözlərinə görə, Azərbaycan Kəşmirlə bağlı münaqişədə Pakistanı, Pakistan isə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.