"Bir çox dövlətlər - Pakistan, Belarus, Gürcüstan münaqişənin ədalətli şəkildə nizamlanmasına açıq şəkildə dəstək verməyə hazır olduqlarını bildiriblər. Mən bunu yüksək qiymətləndirirəm". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.