Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Agramunt erməni hərbi birləşmələrini işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, Agramunt cəbhədəki son gərginliklə bağlı yaydığı bəyanatda, Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsindən və insanların həyatlarını itirməsindən dərin narahatlıq və məyus olduğunu bildirib: "Tərəfləri dərhal atəşkəsə hörmət etməyə və problemin sülh yolu ilə həll üçün müzakirələrə başlamağa çağırıram''.
Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ problemin sülh yolu ilə həlli üçün səy göstərəcəkləri ilə bağlı öhdəlik götürdüklərini deyən Agramunt, iki ölkəni də qarşıdurmalardan uzaq durmağa çağırıb və Azərbaycanın bir tərəfli atəşkəs qərarını məmnunluqla qarşıladığı bildirib.