Fransalı senator Natali Qule Azərbaycana qarşı erməni təcavüzünü pisləyərək BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb.
Natali Qule Trend-ə bildirib ki: "Mən erməni təxribatlarını qətiyyətlə pisləyirəm və münaqişəyə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin kifayət qədər diqqət yetirmədiyinə görə çox təəssüflənirəm".
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi barəsində istifadə edilən "dondurulmuş münaqişə" termini, status-kvonun saxlanılmasının səbəbidir.
Senator birdirib ki, əslində dondurulmuş münaqişənin dondurulmuş həlli olur: "Azərbaycan xalqına sözsüz güclü dəstək kimi, mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirləməsini çağırıram və Azərbaycana qarşı erməni təcavüzü pisləmənlidir".
N.Qule əlavə edib: "Neçə illərdi sürən işğaldan sonra münaqişənin həll olunması vaxtı çatıb, çünki dünyaya Cənubi Qafqazda yeni hərbi əməliyyatlar səhnəsi lazım deyil. Biz bütün əlaqədar tərəfləri ədalətli həlli tapmağa cəlb edə bilərik və Dağlıq Qarabağın erməni işğalından qurtarmağa kömək edə bilərik".
Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib (APA). Stefen Hepburn bildirib ki, son 20 il ərzində ən ağır döyüşlər və insan tələfatı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dəhşətə gətirir.
Bəyanatda qeyd edilir ki, dünya Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmasını tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur etməlidir: "Artıq bunun vaxtıdır və Ermənistan BMT Təhlükəsizlik Şurasınına qətnamələrinə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tədbiq edilməlidir. Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır”.