Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda qoşunların təmas xəttində hərbi fəaliyyətlərin yenidən başlanması barədə məlumatlardan dərin narahatdır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O bildirib: "Prezident Putin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkinli olmağa çağırır".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı və erməni həmkarları ilə danışığı zamanı Dağlıq Qarabağda vəziyyətə təsir etməyə və zorakılığı dayandırmağa çağırıb.
XİN-dən bildirilib: "Rusiya Prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi fəaliyyətlərin bərpasına reaksiyası, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yaydığı bəyanatda deyilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin ciddi gərginləşməsi barədə məlumatlardan olduqca narahatdır.