şənbə günü, 21 noyabr 2026
     

"Azərbaycan - multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?"

Image


Azərbaycanın multikulturalizm məkanı olması ilə bağlı deyilənləri və BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin ölkəmizə nə vəd etdiyini şərh etməkdən ötrü öncə multikulturalizmin dəyər olaraq nəyi ehtiva etdiyinə və nədən ötrü bu günün əsas tələblərindən birinə çevrildiyinə nəzər salmaq lazımdır.
Beləliklə, multikulturalizm nədir və nədən ötrü hazırkı narahat dünyamızda hər ölkənin nail ola bilmədiyi bu dəyər bu gün bu qədər əhəmiyyətlidir?
Multikulturalizmin tərifini verən elm adamları onu konkret bir ölkədə və ya ümumiyyətlə dünyada müxtəlif mədəniyyətlərin paralel inkişafının təmin olunmasına yönəlik siyasət kimi xarakterizə edir. Multikulturalizm elə bir humanist cərəyandır ki, müxtəlif mədəniyyətlərin ideoloji cəhətdən daha güclü birinin daxilində assimilyasiya olunmasını qətiyyətlə rədd edir. Bu səbəbdən multikulturalizmin inkişafının təşəkkül tapdığı ölkələr çoxdinlilik, çoxmədəniyyətlilik kimi hər dövlətə xas olmayan cəhətlərilə seçilir. Hətta belə ölkələrdə bəzən bu dəyərlər o dərəcədə bir-birini tamamlayır ki, onlara az qala mozaikanın hissəcikləri kimi baxılır. Multikulturalizmin ən önəmli aspektlərindən biri isə tolerantlıqdır. Tolerantlığın əsas qayəsini ümumbəşəri kütləvi mədəniyyətin ümumi axarında müxtəlif mədəniyyətlərin paralel şəkildə, bir-birinə mane olmadan, hətta əksinə, bir-birinə dəstək şəraitində inkişaf etməsi və bir-birinin hesabına zənginləşməsi təşkil edir. Məsələ burasındadır ki, multikulturalizm iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yayılsa da, Avropa və bəzi Qərb dövlətləri onu idarə etməyin kifayət qədər çətin vəzifə olduğunu əsas gətirərək bu təmayüldən imtina edib. Bu isə onunla izah olunur ki, bəzi xalqlar nə digər xalqların mədəniyyətlərinin onlara assimilyasiya olmasına, nə də özlərinin hansısa xalqın mədəniyyətinə inteqrasiyasına razı olur. Bu problemin həlli üçün isə mütəxəssislər bütün dünya üzrə "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçidlə bağlı beynəlxalq proqramın hazırlanmasını və tətbiqini zəruri sayır. Məsələyə hazırkı dövrün prizmasından baxılarsa, bu proqramın tətbiqi günün tələbi kimi çıxış edir. Elə hazırda Qərbdə - Avropa İttifaqı ölkələrində yaşanan miqrant böhranı dediklərimizə əyani sübutdur. Məhz Qərbin multikulturalist dəyərlərə biganəliyinin bu ölkələrdə miqrant probleminin kəskin şəkil almasına səbəb olduğu isə faktdır. Qərbin aparıcı simaları bunu heç gizlətmir də və açıq bəyan edirlər ki, müsəlman ölkələrindən miqrasiya edən toplumların ölkələrində yerləşməsi onların kultunun da bu ölkələrə transfer etməsilə nəticələnəcək ki, bu da xristian dünyasının maraqlarına uyğun deyil. Əslində isə faktdır ki, multikulturalizm bir ideya və termin olaraq ilk dəfə elə Qərbdə, Avropada dövriyyəyə buraxılıb. Lakin son dövrlərdə bu ideyadan geriçəkilmələr də elə bu ölkələrdə yaşanıb və sirr deyil ki, Qərb bu problemlərin həllində aciz görsənir. Üstəlik, dünya ölkələrində dini və milli zəmində baş verən münaqışələr, dini konfessiyaların, təriqətlərin, sektaların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir etmə cəhdləri də zaman-zaman özünü göstərən problemlərdəndir ki, bütün bunlar dövlət-din münasibətlərini gündəmdə saxlamaqla onun ictimai müzakirəsini aktuallaşdırır.
Azərbaycan -
tolerantlığın
oturuşmuş
formulunun
tapıldığı ölkə...
Lakin bütün bu deyilənlərin Azərbaycana birmənalı şəkildə aidiyyəti yoxdur desək, yəqin ki səhv etmərik. Faktdır ki, bu gün Azərbaycan multikulturalizmin əsas məkanlarından biri, tolerantlığın oturuşmuş formulunun tapıldığı ölkədir. Azərbaycanın milli və dini tolerantlıq məkanı olduğu artıq çox geniş anlamda öz təsdiqini tapmış bir məsələdir. Faktdır ki, burada bir çox milli və dini azlıqlar min illər boyu ölkənin aborigen əhalisi ilə dinc yanaşı yaşayaraq, özünün milli-mədəni-mənəvi dəyərlərini nəinki yaşada, hətta inkişaf etdirə bilib ki, nəticədə bu, ümumən ölkənin rəngarəng mədəni irsinin formalaşmasına öz töhfəsini verib. Burada Lahıc sənətkarlığından tutmuş talış folkloruna, ləzgi musiqi sənətindən tutmuş alban mədəniyyətinə qədər çeşidli etnik toplumların mədəni və mənəvi dəyərləri yaşadılaraq və zənginləşdirilərək yetişən nəsillərə ötürülüb ki, bu dəyərlər ümumən Azərbaycan mədəni genofondunun zənginləşməsinə öz töhfəsini verib. Bütün bunlar isə yalnız Azərbaycandakı tolerant mühitin sayəsində mümkün olub. Əsrlərdən gələn bu qarşılıqlı hörmət bu gün də davam edir. Təsadüfi deyil ki, elə bu günlərdə yola saldığımız ən böyük milli bayramımız olan Novruzda eyni ölkədə yaşadığımız rus, yəhudi, gürcü və digər azsaylı xalqların nümayəndələrindən bayram təbrikləri eşitməyimiz bizi qəti şəkildə təəccübləndirmir. Eyni zamanda xristianların bayramı olan Pasxada bizim onları təbrik etməyimiz də onuilliklərdir normal qarşılanan məsələdir. Nənə-babalarımızdan gördüyümüz bu dini və milli dözümlülük isə bu gün ölkəmizin daxili siyasətinin mayasında da hiss olunur. Faktdır ki, bu gün Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir. Bugünkü tolerant ölkə imicini isə Azərbaycan məhz mədəniyyətlərin və dinlərin harmonizasiyası və ənənəvi siyasəti sayəsində qazanıb. Ölkəmizin müxtəlif etnosların nümayəndələrinin mədəniyyət və dinlərinin inteqrasiya məkanı kimi tanınmasının bir səbəbini isə Azərbaycan xalqının humanizmində axtarmaq lazımdır. Çünki dilinə, dininə, dövlətinə, bayrağına hörmət görən hər bir azərbaycanlı bu hörməti dəyərləndirməyi bacardığından ona qarşılıq verməyi özünə borc bilir. O üzdən demək olar ki, ölkədəki müsəlman, xristian, yəhudi və digər xalqların nümayəndələri arasındakı tolerant və dostluq münasibətlərinin mayasını Azərbaycan xalqının humanist ruhu təşkil edir.
Azərbaycanda tolerant mühitin formalaşmasında mərhum prezident Heydər Əliyevin də rolu danılmazdır. Dediklərimizin təsdiqi kimi çox yaxın keçmişimizdə baş verən təkcə bir fakta nəzər salmaq kifayətdir. Bildiyimiz kimi, hələ müstəqilliyimizin ilk illərində o zamankı prezident Heydər Əliyev azərbaycan dilinin dövlət dili elan olunması ilə bağlı fərman imzaladı. O zaman bir çox millətçilər buna etiraz edərək, sənəddə "azərbaycan dili" sözünün "türk dili" sözü ilə əvəz olunmasını istədi. Məntiqlə bu başadüşülən idi və təbii ki, dövlət başçısı da türk olduğumuzu inkar etmirdi. Lakin burada bir incə məqam vardı ki, onu ancaq Heydər Əliyev kimi "tükü tükdən seçən" siyasətçi tuta bilərdi. Mərhum prezident yaxşı bilirdi ki, həmin sənəddə türk dili yazılarsa, bu, ölkəmizdə yaşayan digər azsaylı xalq və toplumlara xoş gəlməyə bilər. Azərbaycan dili sözü, məhz bu kontekstdən yanaşdıqda, Azərbaycan ərazisində yaşayan ən azsaylı toplumu da əhatə etdiyi üçün daha məqbul variant idi...
"Multikulturalizm Azərbaycanın
dövlət siyasəti və həyat tərzidir"
Əsasını müdrik və humanist xalqımızın əsrlərdən gələn ənənələrindən götürən, zaman-zaman ağıllı və tədbirlı dövlət rəhbərlərimizin yürütdüyü dövlətçilik siyasətində özünəməxsus yer tutan tolerantlıq ənənələri bu gün də Azərbaycanın daxili siyasətində qırmızı xətlə keçir. Bunu, xüsusilə son onillikdə Azərbaycanın ən müxtəlif qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də təsdiqləyir. Elə Prezident İlham Əliyevin "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir" - deməklə multukulturalizmi dövlət siyasətinin ayrılmaz hissəsi elan etməsinin kökündə də bu konsepsiya durur. "Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşayıblar". Bu sözlər də dövlət başçısına aiddir və ölkədə sözügedən istiqamətdə aparılan proseslərə nəzər salan hər kəs deyilən sözlərin arxasında populizmin deyil, konkret məqsədyönlü fəaliyyətin durduğunu görə bilər. Elə bu fəaliyyətin nəticəsi olaraq da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsinə qərar verilib. Sözügedən qərar 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında qəbul edilib və bununla bağlı Sazış imzalanıb. 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" mövzusuna həsr ediləcək. Ölkə başçısının mühüm beynəlxalq tədbirlə bağlı imzaladığı Sərəncamda tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malik olduğu xüsusi vurğulanır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətinə diqqət çəkilir. Həmin Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb. Forumun keçirilməsilə bağlı yaradılan Təşkilat Komitəsinə isə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədr seçilib. Əbülfəs Qarayev Komitənin iclasında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansı ilə ikitərəfli sənədlər təsdiq olunub və qüvvəyə minib. Forumun loqotipi də təsdiqlənib və veb-saytı istifadəyə verilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına dair iclasında sivilizasiyalar və mədəniyyətlərarası dialoq məsələlərinə, xüsusilə də Forumun əhəmiyyətinə toxunub və tədbirin Bakıda keçirilməsini əsas gətirərək, 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan
multikultural
dəyərlərin carçısı
kimi dünyanın
nəzər nöqtəsində...
Nazir Əbülfəs Qarayev 50-dək ölkənin rəhbərinə dəvətnamə göndəriləcəyini bildirib. Qeyd edib ki, Forumda yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Nazirin sözlərinə görə, iki gün ərzində 40 tədbir keçiriləcək və bunun üçün lazımi şərait yaradılıb. Nazir deyib ki, Forum çərçivəsində aprelin 25-də gənclərlə bağlı tədbirdə BTM-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənir. O da xüsusi olaraq diqqətə çatdırılıb ki, beynəlxalq ekspertlər tərəfindən xüsusi kitab hazırlanacaq və nəşrdə Forum haqqında dünyanın tanınmış ictimai-siyasi xadimlərinin fikir və rəyləri yer alacaq.
Yaşadığımız qlobal ictimai-siyasi kataklizmlər dövründə belə bir tədbirin Bakıda keçirilməsinin əhəmiyyəti ölçüyəgəlməzdir. Hər nə qədər Azərbaycan son illərdə özünü dünya çapında tolerant ölkə kimi tanıtsa da, bu fakta qısqanc yanaşan, erməni lobbisinin təsiri və təzyiqi altında ölkəmizi gözdən salmağa çalışan qüvvələrin olduğu heç kəs üçün yeni mövzu deyil. Forumda dünyanın 50 aparıcı ölkəsindən dövlət adamlarının, ictimai-siyasi xadimlərin iştirakı isə Azərbaycan həqiqətlərinin bu ölkələrdə yayılması, multikultural dəyərləri özünün dövlət siyasətinin ayrılmaz hissəsi elan etmiş ölkəmizin imicinin yüksəlməsi baxımından Azərbaycana unikal fürsət yaradır. Üstəlik, iştirakçı ölkələrin mətbuatında bu tədbirin işıqlandırılacağı və nümayəndələrin təəssüratlarının dünyanın ən müxtəlif nəşrlərində yer alacağı nəzərə alınarsa, Forumun ölkəməzə qazandıracağı dividendləri əlavə şərhə ehtiyac qalmır. Bütün bunlar isə bir daha Azərbaycanın multikultural dəyərlərə böyük önəm verən bir dövlət olmasını dünya çapında bir daha gözlər önünə sərəcək.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ