Türkiyə kəşfiyyat qurumları beş İŞİD terrorçusunu deşifrə edərək onları axtarışa verib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i xəbər yayıb.
Məlumata görə, kəşfiyyat qurumlarının araşdırmaları nəticəsində terror aktları planlaşdıran 5 İŞİD yaraqlısı barədə məlumatlar əldə edilib və onların şəkilləri kəşfiyyat hesabatları ilə birgə bütün polis məntəqələrinə göndərilib.
Xəbərdə adı çəkilən və ABŞ pasportu daşıyan Darvan el-Haymar kod adlı 32 yaşlı Abu Ayman At-Maghribinin həyat yoldaşı Xədicə Nəcari və 2 uşağı ilə birgə 2014-cü il yanvarın 17-də Mərakeşə getmək adı ilə ABŞ-dan Türkiyəyə gəlib, lakin ailənin Mərakeşə getmədiyi müəyyənləşdirilib. Terrorçunun arvadı və uşaqları ilə birgə Türkiyədə olduğu ehtimal edilir.
Sultan Ahmetdə intihar hücumu təşkil edən Nabil Fadılın yaxın dostu olduğu müəyyənləşdirilən 35 yaşlı Rashed Alabdalah Algaaganın saxta sənədlərlə Suriyadan Türkiyəyə gələ biləcəyi ehtimal edilir. Buna görə də ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
2015-ci ilin iyulunda baş verən atışma nəticəsində öldüyü güman edilən Məhəmməd Ürkmezin qardaşı Furkan Ürkmezin 2016-cı il martın 6-da Qaziantepdən Suriyaya keçdiyinə dair kəşfiyyat məlumatı alan dövlət qurumları, terror qruplaşması tərəfindən ondan "canlı bomba" kimi istifadə ediləcəyindən narahatdır.
Kəşfiyyat hesabatlarında adı keçən bir başqa bir terrorçu - "WhatsApp" vasitəsilə arvadına "şəhidlik sırası bizdədir" deyə mesaj göndərən Hasan Hüseyin Uğurun bombalı terror aktı törədəcəyi ehtimal edilir və buna görə təhlükəsizlik tədbirləri gücləndirilib..
Digər tərəfdən, Rusiya pasportuna malik, əslən azərbaycanlı İsa Tupolovun isə hələ də Suriyanın Rai şəhərində olduğu müəyyənləşdirilib. Tupolovun Türkiyə və Azərbaycanda terror aktı törətmək barədə plan qurduğuna dair kəşfiyyat məlumatları əldə olunub.