şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan XİN Sarkisyanın ABŞ-dakı çıxışına münasibət bildirdi

Image


"Serj Sarkisyanın ABŞ-dakı kollecdə xunta rejimi başçıları üçün xarakterik olan və arxaizm, saxta tarix, qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları, hədə və təhdid tezisləri üzərində qurulan çıxışı bir daha göstərir ki, Ermənistanın mürtəce rejimi bütün region üçün təhlükə mənbəyidir”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Harvard Universitetinin Kennedi adına İdarəetmə Kollecində çıxışını şərh edərkən deyib. O bildirib ki, çıxışda Ermənistanın qonşu dövlətlərlə sülh şəraitində yaşaması, ərazi iddialarından geri çəkilməsi və regionun gələcəyi barədə heç bir konstruktiv fikir yoxdur: "Göründüyü kimi, uydurma tarix və saxta hüquqi dəlillərə müraciət edərək Ermənistan rəhbərliyi bir daha Azərbaycana qarşı təcavüz, işğal və qanlı etnik təmizləmə siyasətini uğursuz şəkildə pərdələməyə cəhd edib. İnstitusional və tarixi yaddaş çatışmazlığından əziyyət çəkən Ermənistanın hərbi diktatura rejiminə bəzi tarixi faktları xatırlatmaq məcburiyyətindəyik”.

H. Hacıyev qeyd edib ki, XIX əsrin birinci yarısından etibarən ermənilərin tarixi Azərbaycan torpaqları və Qafqaza köçürülməsi və nəticə etibarilə, ermənilərin regionun yerli xalqlarına qarşı başlanan ərazi iddiaları bu günə qədər davam edən uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələrin əsasını qoyub. O xatırladıb ki, ərazi iddiaları irqi ayrı-seçkilik və etnik nifrət hissləri ilə müşayiət olunan ermənilər 1905 və 1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədib və 1918-ci ilin martında Bakı və ətraf rayonlarda on mindən artıq mülki Azərbaycan əhalisinin soyqırımını həyata keçiriblər: "Ermənilərin ərazi iddialarına son qoymaq və regionda sülhü bərqərar etmək naminə Azərbaycan Demokratik Cümhuriyyətinin güzəşti əsasında paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, ermənilərin regionda ilk dövləti yalnız 1918-ci ildə yaradıldı. Ermənistan rəhbərliyinin növbəti tarixi yalanı 5 iyul 1921-ci il tarixli Qafqaz Bürosunun qərarının təhrif edilməsidir. Qafqaz Bürosunun həmin qərarında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində qalması bildirilir. Bu qərar vasitəsilə guya Qarabağın idarəçiliyinin Azərbaycana verilməsi Ermənistanın uydurmasından başqa bir şey deyil. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı halda, Ermənistan SSR-də tarixi torpaqlarında kompakt şəkildə yaşayan çoxsaylı azərbaycanlılara heç bir imtiyaz verilmədi və 80-ci illərin sonunda Ermənistan ərazisindən etnik təmizləmə nəticəsində tamamilə qovulana qədər bu əhali irqi ayrı-seçkilik və təzyiq altında yaşamağa məcbur oldu. "Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxmaq Stalin siyasətini dəstəkləməkdir” deyən Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini və sivil davranışdan kənar olduğunu bir daha nümayiş etdirir. Bundan əvvəl isə "Qarabağ Ermənistanın ayrılmaz hissədir deyən” Ermənistan rəhbərliyi rəsmən ölkəsinin işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü bir daha etiraf etdi”.

H. Hacıyevin sözlərinə görə, öz vətəndaşlarını kütləvi şəkildə öldürməkdən, müxalifət nümayəndələrinin siyasi qətlinin sifarişindən və xalqa qarşı repressiya, hərbi cinayət və insanlıq əleyhinə cinayət əməllərindən çəkinməyən Ermənistan rəhbərliyinin siyasəti daha çox stalinizmlə uyğunluq təşkil edir: "Ermənistan hərbi xuntasının yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan bu gün dünyanın ən militarist ölkəsidir və dərin siyasi, iqtisadi, sosial və demoqrafik böhran şəraitindədir. Səhra komandiri təfəkküründən hələ də xilas ola bilməyən bu rejim məsuliyyətsiz hərbi avantüradan çəkinməyərək, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyi davam etdirmək və müharibə xofu vasitəsilə ölkə ictimaiyyətinin diqqətini ağır sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Ölkə daxilində etimadını itirən bu rejim hətta erməni diaspora dairələri tərəfindən də qeyri-ciddi qəbul olunur. ABŞ-da edilən bu radikal çıxış da əslində diasporanın etimadını yenidən qazanmaq və Ermənistan rejiminin cibinə axan ianələrin davamlılığını təmin etməkdir. Çıxışda Ermənistan rəhbərliyi özü də etiraf etmək məcburiyyətində qalıb ki, Azərbaycanın qəti əzmi və iradəsi olmasaydı, Qarabağ məsələsi çoxdan həll olunmuşdu”.

H. Hacıyev bəyan edib ki, Ermənistan rəhbərliyi münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyini dərk etməlidir. O deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil, ola da bilməz və Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq: "Vaxtı hədər vermək və naəlac formada tarixi və hüquqi saxtakarlıqla ilhaqçı siyasətinə əsassız bəraət qazandırmaq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə, Ermənistan işğalçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, bütün işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, konstruktiv şəkildə münaqişənin həlli prosesində iştirak etməlidir. Harvard Universitetində olduğunu zənn edərək beynəlxalq münasibətlərin nəzəriyyəsindən danışmağa cəhd edən Ermənistan rəhbərliyinə münaqişələrin həllində "win-win” nəzəriyyəsini oxumağı tövsiyə edərdik. Əgər "win-win” nəzəriyyəsi ilə tanış olsaydı, Ermənistan rəhbərliyi başa düşərdi ki, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına dair Azərbaycanın baxışları bütün regionun inkişafını ehtiva edir və Ermənistan da bundan faydalana bilər”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ