İran "Suriyaya əsgər göndərməyə hazırıq” deyən Səudiyyə Ərəbistanını açıq təhdid edib.
Baki-xeber.com xəbər verir ki, "Reuters”in yaydığı məlumata görə, Tehranın regional rəqibi Səudiyyə Ərəbistanına meydan oxuyan İran İnqilab Keşikçiləri Korpusunun rəhbərlərindən Məhəmməd əl Cəfəri Səudiyyə Ərəbistanının Suriyaya əsgər göndərməyə cəsarət edə bilməyəcəyini bildirib: "İşdir, göndərsələr birini də sağ buraxmarıq".
Bu sözlər, ABŞ liderliyində Suriyaya qarşı yerüstü əməliyyatda iştirak etməyə hazır olduğunu bildirən Riyad rəhbərliyinə İranın ilk reaksiyasıdır.
Əl Cəfəri "bu, səudiyyəlilər üçün intihar olar" - deyə bildirib.