Rusiyada iqtisadi böhrandan dolayı ictimai narazılıq artır. Baki-ber.com xəbər verir ki, bu barədə Yüksək İqtisadiyyat Məktəbinin yaydığı hesabatda bildirilir. Hesabata görə, xalqın səbri bu vəziyyətə ən çoxu 1,5 il dözəcək, sonra kütləvi aksiyalar başlayacaq.
İqtisadi böhranın ən çox təsir etdiyi təbəqələr isə Moskvada yaşayan ixtisaslı gənclər və kəndlilər olduğu bildirilir.
RBC agentliyinin bildirdiyinə görə, Yuri Levada ictimai araşdırmalar mərkəzinin təşkil etdiyi konfransda Rusiyada xalqın "depresiv vəziyyətinin" də keçən ilə nisbətən ən yüksək səviyyəyə yüksəldiyi bildirilib.
Araşdırmada Rusiyada keçən il xalqın kin, ümidsizlik və ətrafdakılara qarşı nifrət duyğularında artım olduğu və daha təcavüzkar vəziyyətə gəldiyi bildirilir.
Hesabatda Rusiyada iqtisadi böhrana görə, rifah səviyyəsi geriləyən xalqın il yarım ərzində kütləvi aksiyalara meyllənə biləcəyilə bağlı xəbərdarlıq edilir.
Yüksək İqtisadiyyat Məktəbi, Rusiyada xalqın 12 faizinin aclıq səviyyəsində yaşadığını, 25 faizinin isə yaşayışının yoxsulluq səviyyəsinə yaxın olduğunu bildirir.