"Dondurulmuş münaqişələrdən nə Rusiya, nə də Avropa İttifaqı qazanır”. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrononun qurumun saytında yerləşdirilmiş "The Not-So-Frozen Conflicts on Russia’s Border” ("Rusiya sərhədlərində o qədər də dondurulmuş olmayan münaqişələr") başlıqlı yazısında deyilir.
M. Qrono bildirir ki, postsovet məkanında mövcud münaqişələrin tənzimlənməsi əsas aktyorların geosiyasi maraqlarında qırılma nöqtələri qaldığı müddətdə, mümkün olmayacaq. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk prosesi vəziyyətin aktiv hərbi əməliyyatlara keçməsinin qarşısını alaraq qısamüddətli risklərin və humanitar çətinliklərin öhdəsindən gəlməyə imkan verir: "Bu münaqişələrin dondurulmuş xarakteri illüziyadır. Regional güclərin mövqeyi burada əsas paya malikdir. Ukraynadakı müharibənin mənzərəsi Moskanın siyasi gündəliyinin Qərbin maraqları ilə toqquşmasından asılıdır. Münaqişə bölgələrinə dəstək və onlarla əməkdaşlıq Moksvanın əsas regional strategiyasıdır. Türkiyə Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində dəstəkləyib. Ermənistan və Azərbaycanın qonşusu olaraq İranın qlobal siyasətə dönüşünün də region üçün potensial nəticələri var”.