Rusiya 36 saat ərzində Estoniyanın paytaxtı Tallini işğal edəcək gücə malikdir. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın araşdırma şirkəti "RAND Corp”un yaydığı hesabatda bildirilir.
Belə bir ssenarini qarşısını almaq üçün nələr edilə biləcəyi, NATO üzvü Baltik ölkələri işğal təhlükəsilə üzləşdikdə hansı addımların atıla biləcəyi suallarına cavab axtarılan hesabatda, NATO-nun müdaxilə gücü ilə əlaqədar qaranlıq bir tablo cızılır.
Litva, Latviya və Estoniya, Rusiyanın müttəfiqi Belarus, Kalininqradla Baltik dənizi arasında yerləşir. Litvanın bir hissəsi istisna olmaqla, üç ölkənin də NATO üzvü digər ölkələrlə hər hansı bir sərhədi yoxdur.
Rusiyanın təhlükəli yanaşmasına qarşı NATO qüvvələrinin çəkilməsi ilə, Moskva bu üç ölkəyə də yerləşə bilər.
RAND hesabatında 2014 yaz - 2015 bahar arasında bir Rusiya işğalı əsnasında nə olacağını anlamaq üçün hərbi və və mülki vəzifəlilərin iştirakı ilə komanda-qərargah hərbi təlimlər keçirib və sensasiyalı nəticələr əldə olunub. RAND ola biləcək Avropa işğalına qarşı NATO-nun hərbi gücünün torpaqlarını müdafiə etməkdə yetərsiz qalacağı nəticəsinə gəlir. Ən yaxşı halda NATO qüvvələri Rusiyanın Latviya və Estoniyaya çatmasını 60 saat ləngidə bilər.
Ən qorxunc ssenaridə isə, Rusiya ordusu yalnız 36 saat ərzində paytaxtları işğal edə bilər.
RAND-ın hesabatı NATO-nun keçmiş generalı Petr Pavelin bənzər narahatlıqlarını əks etdirir.
Pavel hələ ötən il Moskvanın NATO üzvlüyünə baxmayaraq iki gün ərzində üç Baltik dövlətini işğal etməsinin mümkün olacağını bildirmişdi. Pavel buna səbəb kimi NATO-nun nisbətən yavaş hərəkət etməsini göstərirdi.