Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Bu istiqamətdə görülən işlər sırasına Rusiya ... ilə münasibətləri kəsmədən,

- NATO bloku və Türkiyə ilə;

- Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsində Rusiya tərəfindən analoji regional münaqişələrə təhrik və cəlb edilən, ədalət sınağına çəkilən Ukrayna, Gürcüstan, Moldova və s. kimi ölkələrdə tərəfdaşlığın yaradılmasını;

- bölgədə və dünyada yeni-yeni hərbi müttəfiqlərin, siyasi və hərbi tərəfdaşların axtarışını, onlarla ikitərəfli və çoxtərəfli hərbi texniki əməkdaşlıq münasibətlərinin qurulmasını və s. aid etmək olar”. (Bax. s. 805-806)

Bu faktiki olaraq Baltikyani ölkələri istisna etməklə (Latviya, Litva, Estoniya MDB-yə üzv olmadılar) MDB məkanında Azərbaycan ilk dövlət idi ki, milli təhlükəsizlik siyasətində regionda müstəqil siyasət yürütməyə başladı. Rusiyanın və KTMT-nin regional fəaliyyətindən və bölgədəki münaqişələri sahmana salmaqda fəaliyyətsiz olması, yaxud istəməməsi NATO-ya imkan verdi ki, Azərbaycan, Gürcüstan və Ukrayna ilə regional tərəfdaşlıq münasibətləri yaratsın. Bu məqsədlə də NATO hər üç ölkəni özünün "Sülh naminə tərəfdaşlıq” proqramına qəbul etdi.

Belə tərəfdaşlıq Azərbaycana nə vəd edirdi, yaxud ona hansı üstünlükləri qazandırdı? Əli Həsənov Azərbaycan-NATO münasibətlərindən bəhs edərəkən politoloqlara istinadən yazır ki, bu tərəfdaşlığı iki əsas istiqamət üzrə qruplaşdırmaq olar:

Birinci istiqamətə görə Azərbaycan-NATO münasibətlərinin strateji xarakter alması ölkənin milli, regional və beynəlxalq təhlükəsilziyinə ciddi təminat verə bilər və onun geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirər.

İkinci istiqamətə görə, Azərbaycanla NATO arasındakı münasibətlərin dərinləşməsi Rusiya və İranın regional təhlükəsizliyini ciddi şəkildə təhdidə məruz qoyur. Onlar hesab edir ki, NATO-nun regionda genişlənməsində təşkilat üzvü olan dövlətlərlə yanaşı, Azərbaycanın özü də maraqlıdır və bu meylin təhlükəliliyi NATO-nun hərbi infrasturkturlarının Xəzər dənizi vasitəsilə Rusiyanın və İranın sərhədlərinə yaxınlaşması ilə şərtlənir.

NATO ilə milli təhlükəsiz sistemində əməkdaşlıq, həm də ona səciyyəvidir ki, o Azərbaycanla münasibətlərdə dövlətimizin xarici təhlükəsizlik maraqlarına cavab verən faktor onun keçmiş sovet respubliklarının ərazi bütövlüyünü və suveren hüquqlarını tanıması və müdafiə etməsidir. NATO bu mövqeyini alyansın 2014-cü il sentyabrın 15-də keçirilmiş Uels sammitində qəbul edilən Bəyannaməsində bir daha ifadə edir. Sənəddə yazılır: "NATO Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliynin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək” və bu regionda baş verən , davam edən münaqişələrdən narahatlığını bildirir: "Bu konfliktlərin üzücü şəkildə davam etməsi hələ də xüsusi narahatlıq doğurur, çünki belə vəziyyət bölgə sakinlərini Avroatlantik Birliyin üzvü olmaq imkanından məhrum edir”.

Azərbaycan özünün milli maraqlarını və milli təhlükəsizlik sistemini müdafiə etmək, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqq səsini dünyaya çatdırmaq üçün keçən müddətdə bir çox beynəlxalq və regional qurumlarla iş aparmış, onların əksəriyyətinə üzv olmuşdur. Belə qurumlar sırasında BMT, ATƏT, Avropa Birliyi, MDB, GUAM, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Türkdilli Dövlətlər Birliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Bitərəflər Bloku və digərlərinin adlarını çəkmək olar. Bunlara münasibətdə müəllif qeyd edir ki, Azərbaycan keçən iyirmi ildə regional təhlükəsizlik sahəsində bütün hərbi-geostrateji bloklarla tərəfdaşlıq münasibətləri yaratsa da, ilk gündən birmənalı şəkildə öz prinsipləri ilə çıxış etmişdir. Rəsmi Bakı aşağıdakı prinsiplərin həmişə əleyhinə olmuşdur:

- Qafqazın millitaristləşdirilməsinin, hərbi bloklar arasında qarşıdurmaya cəlb edilməsinin;

- Xarici ölkələr məxsus hərbi bazaların, orduların başqa başqa dövlətlərin ərazisində yerləşdirməsinin və s.

O yazır: "Azərbaycan keçən müddətdə hər üç (söhbət BMT, NATO və KTMT-dən gedir-Y. O.) hərbi-geostrateji və siyasi blokla tərəfdaşlıq münasibəti yaradaraq Xəzər hövzəsi və Cənubi Qafqazda özünün yürütdüyü tarazlaşdırılmış təhlükəsizlik konsepsiyasına tam sadiq qalmışdır. Rəsmi Bakı:

- Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə real beynəlxalq təminat verilməyincə;

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyincə;

Cənubi Qafqazda beynəlxalq hüquq normalarının bərpa olunmasına ciddi və prinsipial münasibət göstərilməyincə, hər hansı hərbi-siyasi bloka, o cümlədən NATO və KTMT-yə qoşulmayacağı haqqında birmənalı bəyanat səsləndirərək, hər iki blokla həm bəlli məsafə saxlamış, həm də müəyyən çərçivədə əməkdaşlıq etmişdir”. (Bax. s. 812)

Göründüyü kimi Azərbaycan tərəfi hərbi-geostrateji və geosiyasi müstəvisində və milli təhlükəsizliyimizin xarici siyasətində fəaliyyəti üç əsas prinsipə söykənir:

1. Balanslaşdırılmış xarici siyasət;

2. Məsafə saxlamaq, yan əməkdaşlıqdan imtina etmək şərti ilə bir-birilə rəqabətdə olan hərbi bloklara qoşulmamaq, eyni zamanda onların hərbi qüvvələrini, hərbi dəstələrini Azərbaycan ərazisində yerləşdirməmək (qeyd edək ki, Azərbaycan tərəfi bu prinsipə tam əməl edir, hətta sovetlərdən qalma Rusiyanın beynəlxalq aləmdə hərbi-geostrateji əhəmiyyətə malik olan Qəbələ RLS-nin demontaj olunması buna bariz nümunədir. Belə ki, bu radio-lakasionstansiyasında 1000 yaxın rus hərbiçisi çalışırdı);

3. Bütün sahələrdə, yəni iqtisadi, hərbi-iqtisadi, siyasi sahələrdə ikitəərfli əməkdaşlığa üstünlük vermək, dövlətin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarını ön plana çəkmək;

Azərbaycan tərəfindən belə siyasətin yürüdülməsi ölkəmizə hansı üstünlükləri qazandırır, yaxud onun imicini yüksəldirmi? Əminliklə deyə bilərik ki, BƏLİ.

Birincisi, ona görə ki, Azərbaycan tərəfi çalışır ki, region, o cümlədən də ərazimiz rəqabət aparan hərbi blokların poliqonuna, yaxud döyüş meydanına çevrilməsin, baxmayaraq Ermənistan tərəfi Rusiyanın hərbi poliqonuna çox çevrilib. Bu ərazidə indi Rusiya (dekabr, 2015) əlavə hərbi qüvvələr yerləşdirməklə Türkiyəni, həmçinin NATO-nu təhdid edir. Ermənistan və Gürcüstan artıq rəqabət aparan hərbi blokların tərəfdaşı, yaxud müttəfiqi olduğu üçün, Ermənistan və Azərbaycan müharibə vəziyyətində ikən Cənubi Qafqazın siyasi və hərbi durumunun hansi vəziyyətdə olduğunu heç də təsəvvür etmək çətin deyil.

İkincisi, dünyanın hər hansı bölgəsində etnik separatizmdən və ərazi iddialarıəndan qaynaqlanan münaqişələrə Azərbaycan tərəfi dərhal bəyanat verərək bu hadisəni psiləyir və buna son verməsini istəyir, çünki Azərbaycan özü hələ indi də etnik separatizmindən Dağlıq Qarabağda əziyyət çəkir və bu münaqişə fövqündə beynəlxalq oyunçular siyasi "oyun”lar oynamaqda davam edirlər. Bu sahədə, guya münaqişəni həll etmək üçün ATƏT-in yaratdığı Minsk Qrupu buna bariz nümunədir. Minsk Qrupu 20 ildən çoxdur ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışsa da problem hələ də ölü noqtədən belə tərpənməyib. Əvəzinə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında bağlanmış "atəşkəs” hər gün sərhəddə pozulur, yaralanan və ölənlər olur.

Üçüncüsü, Azərbaycan tərəfi bölgədə bütün dövlətlərlə hərbi-geostraetji sahədə balanslaşdırılmış siyasət yürüdür, çalışır ki, regionda məsafə saxlasın. Bununla da sülhü qoruyub saxlasın. Mütəxəssislər hesab edirlər ki, Xəzər-Qara dəniz hövzəsində davamlı sülhə nail olmaq üçün bölgənin sülh yaratmaq proseslərində və təhlükəsizlik tədbirlərində yalnız region ölkələri ilə deyil, həm də maraqlı beynəlxalq güc mərkəzləri yaxından iştirak etməlidirlər, çünki Qafqazda sülh və sabitlik tələbələri yalnız bir-iki böyük ölkənin geostrateji mənafeyi və bu ərazilərin tarixi geostrateji əhəmiyyəti ilə şərtlənmir, həm də regional ölkələrin milli maraqları, regionda reallaşdırılan çoxsaylı transmilli enerji və nəqliyyat layihələrinin, ixrac kəmərləri və dəhlizlərinin təhlükəsizliyi, bu işə cəlb edilmiş çoxsaylı və nəhəng şirkətlərin sərmayələrinin qorunması və geoiqtisadi maraqları ilə ölçülür.

Ardı var

Yunus Oğuz




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ