Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycan qazının xeyrinə Avropa "Qazprom"la müharibəni genişləndirir...

Image


Rusiya "ölmüş" "Cənub axını"na görə məhkəməyə çəkilir

Rusiyadan olan enerji asılılığından xilas olmaq üçün Avropa daha qəti şəkildə hərəkətə keçməyə başlayıb. Belə görünür ki, Rusiyanın enerji nəhəngi olan "Qazprom" üçün qarşıdakı dövr Avropada elə də asan olmayacaq. Belə ki, Avropa Birliyi "Qazprom"un Avropa şirkətləri ilə müqavilələrini tədqiq edəcək. Almaniya mətbuatı Avropa Birliyinin bu vasitə ilə rus şirkətinin köhnə qitədə hökmranlığına son qoymaq istədiyini bildirib:
"Avropa Komissiyası hesab edir ki, Mərkəzi və Şərqi Avropada bu qaz nəhəngi bazardakı rəqabətin mövcudluğuna zərbə vurur. "Qazprom", xüsusilə öz qazının Avropa Birliyi ölkələri arasında satışında inhisarçı mövqedədir. Bu isə onun mavi yanacağa görə ədalətsiz qiymətlər təyin etməsinə şərait yaradır. Avropa Komissiyasının yeni araşdırması və qaydaları Şimal Axını-2 layihəsinə də təsir edəcək".
Xatırladaq ki, "Qazprom"la Almaniyanın "Wintershall" şirkəti "Şimal axını" qaz kəmərinin buraxılış gücünün artırılmasına dair öz aralarında memorandum imzalayıb. Söhbət məhz "Şimal axını-2" qaz kəmərinin tikintisindən gedir və bu kəmərin marşrutu 90 faiz "Şimal axını" kəmərinin marşrutunu təkrarlayır. Buraxılış gücü isə təxminən "Türk axını" kəmərinin buraxılış gücü qədərdir və ildə 55 milyard kubmetr təşkil edir. Onu da qeyd edək ki, "Şimal axını-2" qaz boru kəmərinin tikintisi artıq fəaliyyət göstərən "Şimal axını" kəmərinin genişləndirilməsi layihəsi kimi nəzərdə tutulduğundan, Avropa Komissiyasının razılığı tələb olunmur. Bu layihəni həyata keçirmək üçün Almaniyanın dövlət dağ-mədən, geologiya və təbii resurslar idarəsinin, Energetika Nazirliyinin razılığı kifayətdir. Amma indi Avropa Birliyinin yeni qaydaları "Şimal axını-2" kəmərinin çəkilməsini böyük sual altına alır. Belə bir vaxtda Avropa Birliyinin zəmanət verməməsi səbəbindən 2014-cü ilin dekabrında dayandırılan "Cənub axını" layihəsi çərçivəsində "Qazprom" ilə İtaliyanın "Saipem" şirkəti arasında əldə olunan razılaşma da Moskva üçün ciddi problemə çevrilib. Boru kəmərinin su altındakı hissəsini inşa etməyə hazırlaşan "Saipem" şirkəti, Rusiya tərəfinin razılaşmanı birtərəfli qaydada ləğv etdiyini əsas gətirərək, beynəlxalq məhkəməyə müraciət edib. Dəyən zərərin qarşılanmasını tələb edən İtaliya şirkəti "Qazprom"dan 759 milyon avro təzminat tələb edir. Bu da Rusiya şirkətinə növbəti təzyiq sayılır.
Hesab olunur ki, bütün bunların əvəzində Avropa da Azərbaycandan qaz alışını sürətləndirməyə çalışacaq. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard qeyd edir ki, bu xüsusda Cənub Qaz Dəhlizi onlar üçün prioritet təşkil edir: "Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulan qrafiki qabaqlayır. Avropa şirkətlərinin yerli şirkətlərlə yüksək əməkdaşlıq potensialı var. Azərbaycanla Avropa Birliyi arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir". Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə bildirir ki, Cənub Qaz Dəhlizi layihəsi sıxlaşmış enerji bazarı və aşağı qiymətlərə müqavimət göstərə biləcək: "Bizim Cənub Qaz Dəhlizi layihəmizin artıq alıcıları var, ona vəsait ayrılıb, onun sərmayədarları var". Azərbaycan qazının Avropaya axınına əvvəllər müəyyən maneələr yaradan Yunanıstanın da mövqeyində dyişikliklər müşahidə olunur. Artıq yunan tərəfi özü də Azərbaycandan ən qısa müddətdə qaz almaq niyyətini açıq bildirir. Bu hal energetika naziri Natiq Əliyevin ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias ilə görüşündə də öz təsdiqini tapıb.
Natiq Əliyev dünyada cərəyan edən siyasi gərginlik və qlobal iqtisadi böhranla əlaqədar neftin qiymətinin ucuzlaşması səbəbindən yaranmış vəziyyətə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı işlərdə indiyə qədər ləngimə olmadığını deyib. Qeyd edib ki, bundan sonra da bir addım belə dayanmadan bu layihə vaxtında başa çatdırılacaq. Nazir "Transadriatik" qaz boru kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyinə yaradacağı müsbət imkanları nəzərə alan Avropa Komissiyasının yeni qaz mənbələrinin, marşrutlarının və şaxələndirilməsinin təmin olunması məqsədilə layihənin 3-cü hissəsinin reallaşdırılmasına icazə verilməsinə yönəlik addımlarını təqdir edib. Bildirib ki, Yunanıstanın bu istiqamətdə dəstəyinə böyük ehtiyac var. TAP-ın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias isə bildirib ki, ölkəsi Azərbaycan qazını almaq istiqamətində bütün məsələləri həll edib. Yaxın gələcəkdə Azərbaycan qazı TAP-la Avropaya nəql olunacaq.
N.Kotzias, həmçinin, Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı məsələnin də tezliklə həllini tapacağına ümidvar olduğunu deyib. Cənub Qaz Dəhlizi layihəsi 2019-cu ilədək Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazisindən keçməklə İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərləri sisteminin tikintisini nəzərdə tutur. Cənub Qaz Dəhlizi layihəsinin əsas hissələrindən olan "Şahdəniz 2" üzrə isə işlərin 50 faizi tamamlanıb, 26 qaz hasilat quyusundan 8-i artıq qazılıb. "Cənub Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi" layihəsi üzrə nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılır. Bütün bunlar Azərbaycanın təbii qazının Avropaya daha tez çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Tahir TAĞIYEV






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ