Bazar günü günü, 22 noyabr 2026
     

Gürcüstana qaz lazımdır, ya Azərbaycanın ziyanına Rusiya ilə sövdə...

Image


Gürcü rəsmilərinin son açıqlamalarından belə məlum olur ki, Azərbaycan bu ölkəyə ixrac etdiyi mavi yanacağın həcmini artırmağa hazır olsa da, Tiflis Rusiyadan qaz almaqda israrlıdır. Bunu Gürcüstanın xarici işlər naziri Mixail Canalidzenin açıqlamaları da təsdiq edir: "Biz Azərbaycandan böyük həcmdə təbii qaz alırıq. Lakin texniki cəhətdən Azərbaycan bizi lazımi qədər mavi yanacaqla təmin edə bilmir.
Buna görə də biz əhalini təbii qazla təmin etmək üçün müxtəlif yollar axtarırıq. Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqların da səbəbi məhz budur. Bu danışıqlar siyasi mahiyyət daşımır".
Gürcüstanın energetika naziri Kaxa Kaladze isə qeyd edib ki, Azərbaycan qazının çatdırılması zamanı qış və yay mövsümləri arasında disbalans yaşanmaqdadır: "Gələcəkdə ora hər hansı investisiyalar qoyulacaqsa, problem həll olunacaq. Hazırda mövcud olan çatışmazlığı nə iləsə kompensasiya etmək lazımdır. Biz bu vaxta qədər həmin boşluğu Rusiya qazının Ermənistana tranzitindən 10% götürməklə doldururduq. İndi "Qazprom" pul ödənişinə keçməyi təklif edir". K.Kaladze bildirib ki, Rusiya Azərbaycanla müqayisədə daha rəqabətədavamlı qiymətlər təklif edib. Halbuki, elə gürcülərin özləri bildirir ki, ölkə rəsmilərinin səsləndiyi fikilər həqiqəti əks etdirmir və əsas məqsəd, nə yolla olursa-olsun, Rusiya qaz şirkətini Gürcüstana buraxmaqdır. Bundan isə perspektivdə Gürcüstanın özünün zərər görə biləcəyi açıq qeyd olunur. hətta ölkə prezidenti Georgi Marqvelaşvili də bu məsələdə ehtiyatlı olmağın zəruriliyini diqqətə çatdırır: "Bir daha təkrar etməliyəm ki, "Qazprom" yalnız energetika demək deyil. Rusiyanın bu şirkətdən iqtisadi və siyasi maraqlarını təmin etmək üçün istifadə etdiyini unutmaq olmaz. Rusiya ilə iqtisadi, özəlliklə energetika məsələsi üzrə əməkdaşlığın "mülayim güclər"in tərkib hissəsi olduğunu nəzərə almaq lazımdır. Ona görə də "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır".
Gürcüstan Parlamentinin maliyyə-büdcə komitəsinin sədri Tamaz Meçiauri isə qeyd edir: "Bu gün bəzi qüvvələr təbii qaz məsələsindən məqsədyönlü şəkildə istifadə edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə xələl gətirməyə çalışırlar. Biz buna yol verməməliyik". O, açıqlamasında qeyd edib ki, Gürcüstanın təbii qaza və elektrik enerjisinə olan tələbatı günbəgün artır: "Azərbaycandan aldığımız mavi yanacaq və Rusiyadan Ermənistana nəql olunan qaza görə kompensasiya şəklində aldığımız yanacaq azlıq təşkil edir. SOCAR Gürcüstana böyük həcmdə mavi yanacaq versə də tələbatı tam həcmdə ödəyə bilmir. Buna görə də Gürcüstan hökuməti ölkənin təbii qaza olan tələbatını tam ödəmək üçün müxtəlif yollar axtarır, bəzi ölkələr, o cümlədən də Rusiyanın "Qazprom" şirkətilə danışıqlar aparır. Rusiya bizə təbii qazın nəqlinə görə kompensasiyanı nağd pul şəklində vermək istəyir, Gürcüstan isə əksinə, pulun əvəzinə daha çox qaz almaq niyyətindədir. Danışıqlar aparılır və hələlik heç bir nəticə yoxdur".
Komitə sədri vurğulayıb ki, enerji sisteminin şaxələndirilməsi, bu sahədə müəyyən siyasətin həyata keçirilməsi hər bir dövlətin, eləcə də Gürcüstanın daxili işidir. Amma bu heç də o demək deyil ki, Gürcüstan hökuməti Azərbaycanla münasibətləri korlamaq istəyir: "Gürcüstan dövləti və hökuməti Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, ən böyük qaz təminatçımızdır. Biz Azərbaycan qazından heç cür imtina edə bilmərik. Biz Azərbaycandan həm də elektrik enerjisi alırıq. Rusiyaya ümid edərək özümüzü yenidən enerji blokadasına sala bilmərik. Heç kim təminat verə bilməz ki, Rusiya sabah yenidən öz niyyətlərini həyata keçirmək üçün qazı və ya elektrik enerjisini kəsməyəcək. Biz onda hansı vəziyyətə düşə bilərik, bunu yaxşı başa düşürük. Lakin təəssüf edirəm ki, bəzi qüvvələr bu vəziyyətdən öz xeyirlərinə istifadə etməyə, Azərbaycan-Gürcüstan münasibətlərini korlamağa çalışır. Etiraf edim ki, Gürcüstan hökumətində də bəzi insanlar bilərəkdən, ya da bilmədən onların işinə rəvac verir". Tamaz Meçiauri həmçinin vurğulayıb ki, Gürcüstanın hər hansı ölkə ilə enerji bazarları ilə bağlı apardığı danışıqlar şəffaf olmalıdır":Cəmiyyətə düzgün məlumat çatdırılmalıdır ki, çaşqınlıq olmasın. Xüsusilə nəzərə almaq lazımdır ki, qarşıdan seçki gəlir". Hər halda, baş verənlər Tiflisin təbii qaz sahəsində təhlükəli bir oyuna başladığını göstərir. Bu oyunun nəticələri isə Tiflis üçün çox ağır ola bilər.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ