Bazar günü günü, 22 noyabr 2026
     

İran sanksiyaları, Rusiya-Türkiyə gərginliyi və Qarabağ probleminə pis təsir proqnozları...

Image


Qarabağ münaqişəsi ətrafında vəziyyətin yeni əlamətləri yaranır

Dünya miqyasında cərəyan edən geosiyasi hadisələrin təsir göstərdiyi əsas məkanlardan biri də Qafqaz regionu və burada uzun illərdir həllini gözləyən Dağlıq Qarabağ münaqişəsidir. Qonşu ölkələrlə bağlı dəyişən vəziyyət, o cümlədən İran üzərindən sanksiyaların götürülməsi, hələ də gərginləşən Rusiya-Türkiyə münasibətləri Qarabağ konfliktinə təsirsiz ötüşmür.
Bunu müxtəlif araşdırma mərkəzlərinin hesabatları, səsləndirdikləri fikirlər də aydın surətdə təsdiq edir. Məsələn, ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan "Stratfor" araşdırma mərkəzi bildirir ki, sanksiyaların götürülməsi İranın Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmasına da səbəb olacaq: "Münaqişənin ilkin mərhələsində Tehran hər iki tərəf arasında vasitəçilik etməyə cəhd etdi, lakin erməni qüvvələri sülhü pozdu. İndi Azərbaycan Qarabağda status-kvonu dəyişmək üçün çalışır və İran burada rol almaqda maraqlıdır. Yanvarın 22-də İranın Xarici İşlər Nazirliyi münaqişədə vasitəçilik etməyi təklif etdi. Bu, Tehrana regionda infrastruktur layihələrini həyata keçirməyə imkanlar yaradır. İranın bu münaqişə üzrə danışıqlarda iştirakı Rusiyanın prosesdəki hakim mövqeyini dağıdacaq. Rusiya buna qarşıdır, lakin regiona xarici güclərin müdaxiləsi ehtimalına qarşı Tehran Moskva üçün qiymətli partnyordur".
Mərkəz regionda hərbi maraqlar kontekstindəki prosesləri də şərh edir: "İran və Rusiya Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı hərbi əməkdaşlıqdan narahatdır. Onlar, xüsusilə NATO-nun regionda hakim olacağı ehtimalından qorxurlar". "Stratfor" yazır ki, Tehran və Moskva Qafqaz bölgəsini maneə olaraq aradan qaldırmaq üçün səylərini birləşdirəcəklər: "Onlar başqa böyük dövlətin bu bölgədə olmağını istəmirlər". "Stratfor" qeyd edir ki, bütün maneələrə baxmayaraq, Moskva və Tehran öz niyyətlərindən imtina etmir: "Qafqazda Rusiyanın mövcudluğuna maneələr böyüyüb və hərbi eskalasiya üçün potensial şərait yaranıb. Moskva tranziti həm də ona görə ələ almaq istəyir ki, baş verə biləcək konfliktlərə dərhal müdaxilə edə bilsin. Belə təhdidlərdən biri Azərbaycan və Ermənistan arasında ola bilər. Qarabağ münaqişəsi potensial müharibə təhlükəsi ilə çox yüklənib".
Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış nüfuzlu Avropa Siyasəti Mərkəzi də Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslərin narahatedici müstəvidə cərəyan etdiyini bildirir. Mərkəzin "Dağlıq Qarabağ və Avropa Sərhədlərində Böhranlar Mənbəyi" adlı hesabatı da bunu göstərir. Hesabatın müəllifləri Amanda Paul və Dennis Sammut yazırlar ki, Avropa İttifaqı bu münaqişənin kənarında qalaraq, əvəzində bu yükü tamamilə ATƏT-in Minsk Qrupunun çiyinlərinə yükləyib. Təhlilçilərin fikrincə, bunun əsas səbəbi ondan ibarətdir ki, İttifaqın Azərbaycan və Ermənistana təsir alətləri yoxdur. Hər iki ölkə Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmaqdan imtina edib.
Hesabatda qeyd edilir ki, buna baxmayaraq, Avropa İttifaqı bu münaqişəyə tamamilə biganə qala bilmir, çünki gərginliyin eskalasiyası nəinki Avropanın yeni Cənub Qaz Dəhlizi infrastrukturuna təhlükə yaradır, digər tərəfdən onsuz da qaçqın böhranının içində olan Avropa üçün daha bir potensial miqrant axını risqinə yol açır. Hesabat Avropa İttifaqını münaqişənin nizamlanmasında daha fəal və praktik rol oynamağa çağırır. Tərəflərin Minsk Qrupuna münasibətinə gəlincə isə, hesabat onun varlığından daha çox İrəvanın məmnun olduğu qənaətindədir. Müəlliflərin fikrincə, bu ona görə baş verir ki, Ermənistan Minsk Qrupunu bu münaqişədə hazırkı status-kvonun uzanması və qorunmasının vasitəsi kimi qavrayır. Hesabatda deyilir ki, regionda geosiyasətin dəyişməsi və regional qüvvələr arasındakı tarixi rəqabət Qarabağ münaqişəsinə birbaşa təsir göstərir. Müəlliflərin fikrincə, Qərb və Rusiya arasında münasibətlərin soyumasına baxmayaraq, Minsk Qrupunun həmsədrləri birgə işləməkdə davam edirlər.
Hesabatda o da qeyd olunur ki, Rusiya hərbi təyyarəsinin Suriya üzərində Türkiyə tərəfindən vurulmasının ardınca Moskva-Ankara münasibətlərinin korlanması da Qarabağ münaqişəsinə mənfi təsir göstərən faktorlardan biri ola bilər. Belə ki, Rusiya Ermənistanı müttəfiq hesab edir, Azərbaycan və Türkiyə arasında isə sıx münasibətlər mövcuddur. Hesabatda Rusiyanın Qarabağ münaqişəsində oynadığı rola geniş yer verilib. Qeyd olunur ki, Rusiya bu regionda Ukraynada olduğundan daha böyük rıçaqlara malikdir: "Həmsədrlər arasında Rusiya xüsusilə fəaldır. Xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda danışıqlar prosesinin irəlilədilməsi üçün bir neçə ideya təklif edib. Bu ideyaların təfərrüatları açıqlanmasa da, onların Fransa və ABŞ tərəfindən qəbul olunduğu bildirilib". Hesabatda xatırladılır ki, Qarabağ münaqişəsi Rusiyanın regiondakı hegemonluğunun aləti kimi qalmaqda davam edir. Hesabatda deyilir ki, Avropa İttifaqı nəhayət Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmalıdır. Belə olmazsa, Avropa İttifaqının birbaşa sərhədlərində olan münaqişənin çözümündə heç bir rola malik olmaması təsəvvürü yaranacaq.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ