Suriyada müxaliflər Türkmen Dağı bölgəsində Əsəd rejimi və Rusiya generallarının gizli yığıncağına hücum edib. CNN Türk-ün məlumatına görə, hücumda aralarında generalların da olduğu 15 yüksək rütbəli zabitin öldürülüb.
Baki-xeber.com xəbər verir ki, müxaliflərin Ankaraya ötürdüyü məlumatlara görə, rus və suriyalı yüksək vəzifəli generallar fevralın 2-də axşam Türkmən dağında keçirdikləri əməliyyatın davamını müzakirə etmək üçün bir araya gəliblər.
Bununla bağlı əvvəlcədən xəbər alan müxaliflər o bölgədə hücuma keçiblər. Ankaraya çatdırılan məlumata görə, müxaliflərin hücumunda biri general-leytenant olmaqla 4 rus zabiti, 5-i general-mayor səviyyəsində suriyalı zabit öldürülüb. Hücum zamanı ümumilikdə 15 hərbçi öldürülüb.
Öldürülən rus hərbçiləri arasında Türkmən Dağındakı hücumlara rəhbərlik edən zabitin də olduğu bildirilir.
Rusiya isə rus zabitlərinin öldürüldüyü iddialarını qismən təsdiqləyib. Həm Rusiya Müdafiə Nazirliyi, həm də Kremldən verilən açıqlamada Suriyada bir rus hərbi məsləhətçinin öldüyü, ancaq onun da yerüstü əməliyyatlara qatılmadığı qeyd edilir.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, fevralın 1-də Suriyada İŞİD-in top hücumunda yalnız bir rus hərbi məsləhətçisi ölüb. Müdafiə Nazirliyi hərbi məsləhətçinin suriyalı əsgərlərin olduğu hərbi hissəyə İŞİD tərəfindən edilən hücumda ölümcül şəkildə yaralandığını və daha sonra da həyatını itirdiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov da öldürülən hərbi məsləhətçinin Suriyada yerüstü əməliyyatlara qatılmadığını deyib.