Bazar günü günü, 22 noyabr 2026
     

ABŞ-da keçmiş SSRİ-ni öyrənən Mərkəz, Elxan Süleymanov və AŞPA-nın son Qarabağ qətnaməsi...

Image


ABŞ-da keçmiş SSRİ-ni öyrənən mərkəzin S.X.S.S.S.oqg. adlı saytında deputat Elxan Süleymanovun da təşəbbüsünün rol oynadığı AŞPA-nın yanvar sessiyasında Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul edilməsi barədə maraqlı yazı dərc edilib. Yazıda Elxan Süleymanovun uzun müddətdir bu istiqamətdə fəaliyyət göstərdiyi qeyd edilir. Məqaləni tərcümə ilə oxuculara təqdim edirik.
Elxan Süleymanov: "Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir"
Strasburq, 30 yanvar 2016-cı il: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.
Birinci məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum edilməsinə diqqəti yönəltmişdi.
Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, "onların işləri"nə müdaxilə etməmək barədə "xəbərdarlıq" edirdilər.
Nəticədə, bir çox deputatlar Vaşinqton, Paris və Moskva rəsmi administrasiyalarının belə böyük təzyiqinin təəssüratı ilə heç bir mövqe tutmadılar. Nəticədə, 45 deputat səsvermədə bitərəf qaldı, bu isə AŞPA tarixində bitərəf səslərin sayında nadir rəqəm idi. Şübhəsiz, AŞPA-nın cəbhədə təmas xəttində zorakılığın artmasına göz yumması hər iki tərəf - Azərbaycan və Ermənistan üçün təəssüfləndirici haldır, çünki demək olar ki, hər gün hər iki tərəfdə hərbi və mülki itkilər qeydə alınır.
ATƏT-in Minsk Qrupu administrasiyaları ermənilərin AŞPA-dakı müzakirəni susdurmaq cəhdlərini açıq-aydın dəstəkləyirdi və ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq üçün məsuliyyət hiss etməyə çağıran və diqqəti təmas xəttində zorakılığın artmasından bəhs edən birinci məruzəyə yönəltmişdilər, bu səbəbdən onların hamısı ikinci məruzəyə daha az diqqət göstərmişdi. Lakin ermənilər sonradan bu səhvə görə çox təəssüflənəcəkdilər.
Elxan Süleymanovun təşəbbüsü olan ikinci məruzə həqiqətən də fərqli xarakter daşıyırdı. Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi, açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edir.
Qətnamədə bildirilir ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin suyundan və bəndin və irriqasiya kanallarının bərbad vəziyyətindən ekoloji təcavüz kimi sui-istifadə edir və bu, Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir:
"7.2. Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir".
Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, bu qətnamədə bu təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir.
Eyni zamanda, şübhəsiz, qəbul edilmiş 2085 (2016) saylı bu qətnamənin ən mühüm hissəsi odur ki, AŞPA "Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı" kimi təqdim edir və AŞPA "Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb" qəbul etdi.
Bundan əlavə, Ermənistanın irəli sürdüyü 21 düzəlişin hamısı böyük əksəriyyətlə məğlubiyyətə uğradığından və ya nəticədə geri götürüldüyündən, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil etməmişdir. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən, o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə artıq "nəzarətdə saxlayan separatçı qüvvələr" sözləri yoxdur.
2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞPA həqiqətən də birmənalı şəkildə bəyan edir ki, "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır".
Qətnamə layihəsinin 4-cü paraqrafında öz əksini tapan bu mövqe müzakirədə erməniləri hiddətləndirdi, çünki onlar bu paraqrafın dəhşətli miqyasını və gələcək mövqeləri üçün siyasi nəticəsini çox yaxşı anladılar, lakin Assambleya ermənilərin həmin paraqrafı çıxarmaq barədə düzəlişini 109 səs əleyhinə, 37 səs lehinə və 36 səs bitərəf olmaqla rədd etdi.
Nəticə etibarilə, bu qətnamənin mətni bütövlükdə plenar iclasda 98 səs lehinə, 71 səs əleyhinə və 40 səs bitərəf olmaqla, qəbul edildi. Bu qətnamə 26 yanvar 2016-cı ildən etibarən rəsmi 2085 (2016) nömrəsini daşıyır və AŞPA-nın əsas səhifəsində "qəbul edilmiş mətnlər" kateqoriyasında yerləşdirilmişdir. Yeni qətnamə bu gündən etibarən Parlament Assambleyasının yekun, dəyişməz və rəsmi sənədidir və əvvəlki 1416 (2005) saylı qətnamə ilə birlikdə nəzərdən keçirilə bilər və biləcək. Bu yeni 2016-cı il qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər, istənilən müzakirədə, istənilən formatda yeni hüquqi istinad kimi, Azərbaycanın istənilən rəsmisi və ya Azərbaycanın dostları üçün hüquqi dəstəkdir.
AŞPA, BMT TŞ, AP yaxud ATƏT tərəfindən Dağlıq Qarabağ məsələsinə dair indiyə qədər qəbul edilmiş bütün qətnamələrlə müqayisədə, tamamilə aydındır ki, Elxan Süleymanovun bu təşəbbüsü, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən güclü və ədalətli, rəsmi beynəlxalq mövqe ilə nəticələndi.
Eyni zamanda, 2005-ci il qətnaməsindən fərqli olaraq, 2016-cı il qətnaməsində AŞPA artıq rəsmi surətdə Azərbaycanı separatçıların "siyasi nümayəndələri" ilə əlaqələr qurmağa, "bölgənin gələcək statusunu" onlarla müzakirə etməyə və xüsusilə bunu "qeyd-şərtsiz" etməyə çağırmır. Yeni qətnamə bunu qəti qeyd etmir və təcavüzə görə tam və yeganə məsuliyyəti birmənalı şəkildə Ermənistan hakimiyyətinin üzərinə qoyur.
Qısası, bu gündən etibarən yeni beynəlxalq vəziyyət belədir ki, əvvəlcədən mövcud olan 1416 (2005) saylı qətnamə ilə bərabər, indi Azərbaycan təşəbbüskarı Elxan Süleymanov olan, 2085 (2016) saylı rəsmi AŞPA nömrəsi ilə arxivləşdirilmiş və Avropa Şurası Parlament Assambleyasının ədalətli, əlavə və izahedici rəsmi mövqeyini əks etdirən yeni, çox güclü və aydın qətnaməyə güvənə bilər.
Beləliklə, 26 yanvar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamə ilə, xüsusilə 4-cü paraqrafda rəsmi olaraq təsdiqləndi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır və Assambleya Ermənistandan dərhal öz qoşunlarını bölgədən geri çəkməsi ilə bağlı aydın tələb ifadə edir.
Keçən ay ərzində bütün Ermənistan cəmiyyəti və diasporları, eləcə də siyasi və dini liderlər, media nümayəndələri, beynəlxalq vətəndaş cəmiyyəti, müxalifət partiyaları, bütöv Avropa və ABŞ-dakı bütün diplomatları çox kiçik, lakin çox cəsarətli ölkə olan Azərbaycan xalqının nümayəndəsi Elxan Süleymanov tərəfindən təşəbbüsü irəli sürülmüş bu məruzələrə qarşı səfərbər oldu.
Birdən, lakin gözlənilən şəkildə Elxan Süleymanov başa düşdü ki, ədalətə çağırış etməklə o, demək olar ki, bütün dünyaya meydan oxumuşdur və Azərbaycan üçün qələbə heç vaxt bu qədər qeyri-müəyyən olmamışdır. Bundan əlavə, rəsmi Azərbaycan tərəfinin, hətta bu vətənpərvərlik döyüşünə az diqqət göstərmiş peşəkar azərbaycanlı diplomatların dəstəyi olduqca əbəs və faydasız idi.
Bununla belə, 26 yanvar 2016-cı ildə günorta radələrində yekun səsvermənin nəticəsi 200-dən çox deputatın həmin səsvermədə iştirak etdiyi Plenar İclasda böyük ekranlarda işıqlandırıldı. Qətnamə böyük əksəriyyətlə qəbul edildi və qələbə, nəhayət, qəti surətdə təsdiqləndi. Onun ürəyi sevincdən uçurdu. Elxan Süleymanov dərhal ölkəsini təbrik etdi və Parlament Assambleyasının üzvlərinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. 11 illik tam sükutdan sonra Azərbaycan üçün 2005-ci il qətnaməsinə əlavə və tamamlayıcı olaraq yenicə qəbul edilmiş 2085 (2016) saylı bu qətnamə olduqca təqdirəlayiqdir!
Eyni zamanda, bu yeni qətnamə artıq Avropanın müxtəlif tərəflərindən çoxsaylı reaksiyalara məruz qalır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının son iki ildə yenidən beynəlxalq ictimaiyyətin tam diqqətinə çatdırılması və xüsusilə ATƏT Minsk Qrupunun həmsədrlərinin 21 ildən bəri heç bir irəliləyiş əldə etməməsini nəzərə alaraq, bu, açıq-aşkar Azərbaycanın xeyrinə xidmət edirdi.
Əslində, Elxan Süleymanovun bu təşəbbüsü davam edən ədalətsizlik barəsində beynəlxalq məlumatlılığı artırdı və sonda çox illərdən sonra bütün bunların "dondurulmuş müharibə" barəsində olmamasına aydınlıq gətirdi. Onun təşəbbüsü qətnamə ilə nəticələndi və rəsmi olaraq təsdiqləndi ki, bütün bu illərdən bəri bu, bir qonşu dövlət olan Ermənistanın bütün beynəlxalq prinsiplərin əleyhinə gedərək, silahlı təcavüz vasitəsilə digər bir qonşu dövlət olan Azərbaycan ərazilərini işğal etməsi barəsindədir.
Bundan əlavə, 2085 (2016) saylı bu yeni qətnamə sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti başa düşür ki, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın digər yeddi rayonu Ermənistanın əsassız və qanunsuz silahlı işğalından əziyyət çəkir.
Elxan Süleymanov bir daha Azərbaycan xalqına çoxsaylı əks, korporativ və qlobal qüvvələri məğlubiyyətə uğratmış bu mötəbər qələbə münasibətilə təbriklərini çatdırır və bu qələbəni keçmişdə bu ədalətli iş uğrunda canından keçmiş Azərbaycanın bütün qəhrəman və vətənpərvərlərinə həsr edir. O ümidvardır ki, bu qələbə Azərbaycan üçün yeni ümid olacaq və Azərbaycanın işğal altında olan bütün ərazilərinin azad edilməsinə öz töhfəsini verəcəkdir!
Baki-xeber.com

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ