İngiltərə xarici işlər naziri Philip Hammond Rusiyanı Suriyada İŞİD yerinə müxalifləri hədəf aldığını və bununla Bəşər Əsəd üçün ölkədə kiçik bir şiə dövləti qurmağa çalışmaqda suçlayıb.
Baki-xeber.com xəbər verir ki, Hammond "Reuters” xəbər agentliyinə müsahibəsində bildirb ki, Rusiyan Suriyada IŞİD-i deyil müxalifləri bombalayaraq vətəndaş müharibəsini qızışdırır.
Xarici işlər nazirinin bu açıqlamasından sonra İngiltərə və Rusiya Suriya ilə əlaqədar bir-birlərinə ittiham etməyə başlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bu açıqlamanı ciddiyə almayacaqlarını deyib: "Bu cür ittihamlar məntiqli deyil, doğru deyil. Bu, Rusiyanın Suriyadakı səylərilə ziddiyyət təşkil edir".
Kremlin həmçinin Hammondu "təhlükəli dezinformasiya yaymaqda" günahlandırıb.
İtalyanın paytaxtı Romada jurnalistlərə açıqlama verən Hammond isə bu tənqidləri rədd edib: "Rusiya həqiqətən sülh prosesinə bağlıdırmı? Yoxsa, sülh prosesini, Suriyanın şimal-qərbində bir mini şiə dövləti qurulması məqsədilə, Əsədə bir növ hərbi zəfər qazandırmağa çalışmaq üçün bir pərdə kimi istifadə edir?"