Yunanıstanın qazpaylayıcı şirkəti DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqlar davam edir. Bu barədə "APA-Economics"ə Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib. Nazirin sözlərinə görə, bu məsələdə müvafiq prosedurlarına riayət olunmalıdır.
"Düşünürəm ki, məsələnin həlli ilə bağlı lazımi qərar qəbul edə biləcəyik", - deyə nazir əlavə edib.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.