Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibətini açıqlayıb. Səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah ixrac etmir.
"Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Eyni zamanda üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna uyğun olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb edir”, - deyə səfirlikdən bildirilib.