Bazar günü günü, 22 noyabr 2026
     

MQ-nin səmərəsiz vasitəçiliyi uzandıqca Qarabağda müharibə risqi artır

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət bu konfliktin hərbi müstəviyə keçmək ehtimalının sürətlə artdığını göstərir. ATƏT-in Minsk Qrupu həmsədlərinin yarıtmaz fəaliyyəti bu vaxta qədər problemin çözümündə hansısa nəticənin əldə olunmasına imkan verməyib. Son bir ildə Rusiyanın məsələnin həllilə bağlı hansısa addımlar atmasına dair məlumatlar da özünü doğrultmur.
Moskvada keçirdiyi son mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bunu bir daha təsdiq etdi: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil".
Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin olduğunu deyən nazir onların danışıqlar prosesində mövcud olan yeganə sənədlər olduğunu bildirib: "Bu sənədlərdən başqa sənəd mövcud deyil. Həmin sənədlər ATƏT-ə göndərilib. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə vacib prinsip "ya hər şey, ya heç nə"dir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirir. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq". Belə vəziyyət isə problemin hərb yolu ilə çözülmə ehtimalını artırır. Qeyd edək ki, son dövrlər Dağlıq Qarabağ ətrafında yaranmış gərginlik beynəlxalq ictimaiyyəti narahat edir. Londonda fəaliyyət göstərən "Janes İntelligence" analitik mərkəzinin ekspertləri vəziyyəti belə şərh edir: "Qarabağda müharibə ehtimalı hər keçən gün artır və beynəlxalq maraq dairələrinin hər biri burada öz çıxarlarını qorumaq şəraiti ilə üz-üzə qalıb. Müharibə nə tərəflərə, nə də regionda marağı olan güclərə sərf edir. Lakin bununla bağlı mümkün gözləntilər də artmaqdadır".
ABŞ-ın "The National İnterest" nəşri yazır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət Qafqazda ən təhlükəli məqamlardan biri kimi qalır. Nəşr qeyd edir ki, münaqişə iştirakçıları arasında əsas məsələ Dağlıq Qarabağın statusu, erməni ordusunun nəzarətində olan Azərbaycan ərazilərinin qaytarılması və qaçqınların probleminin həllidir: "Lakin tərəflər bu məsələdə heç bir irəliləyiş olmadan 2016-cı ilə daxil olub. Dağlıq Qarabağda müharibənin başlaması həm Rusiyanı, həm də Qərbi narahat edir. İran bu bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsindən ehtiyat edir, çünki yad oyunçuların bura cəlbi onu oyundan kənarda saxlaya bilər. Amma Türkiyə ilə Azərbaycanın, Rusiya ilə Ermənistanın yaxınlığı fonunda Rusiya-Türkiyə qarşıdurması Qarabağda da vəziyyətin nəzarətdən çıxması risqini artırdı. Bu, faktiki olaraq, Qafqaz üçün partlayış nöqtəsinə çevrilib". "The National İnterest" bildirir ki, Qarabağda kövrək status-kvonun dəyişməsinin nəticələri Rusiya üçün qorxulu olacaq: "Birincisi, bu onu Ermənistana siyasi və hərbi dəstək verməyə məcbur edir. Halbuki, bunun baş verməsi Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Avrasiyaya inteqrasiya layihələrinin perspektivinin təhlükə altına düşməsi deməkdir. İkincisi, Moskva ilə Bakı arasındakı münasibətlər kəsilə və maraqlar toqquşa bilər. Üçüncüsü, münaqişənin həllində vasitəçilik rolunu oynayan Rusiyanın mövqeyi zəifləyəcək və onun təsir imkanları azalacaq". Nəşr Dağlıq Qarabağda müharibənin baş verməsi ehtimalını iki amilə görə irəli sürür."Birincisi, Rusiya - Türkiyə qarşıdurmasının dərinləşməsi, ikincisi isə sərhəd ərazilərdə şiddətli toqquşmalar. Lakin mövcud vəziyyətdə müharibədə kimin qalib gələcəyini demək çətindir. Burada daha çox münaqişənin davam edəcəyi ehtimalı görünür". Amma bir məqamı da qeyd edək ki, Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ermənilərin təşvişinə səbəb olub. Dağlıq Qarabağdakı separatçı rejimin "şəhərsalma naziri" Karen Şahramanyan, yeni müharibə başlayacağı təqdirdə, bütün yeraltı anbarlardan və zirzəmilərdən istifadə olunacağını deyib: "Müharibə yenidən başlayacağı təqdirdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mexanizm hazırlanıb. Qarabağda bütün yaşayış sahələrinin zirzəmiləri lazımi şəraitə uyğunlaşdırılıb. Hərbi əməliyyatlar başlayarsa, iş adamlarına icarəyə verilən zirzəmilər onlardan alınaraq əhalinin yerləşdirilməsi üçün istifadə olunacaq". Onun sözlərinə görə, müharibə şəraitində əhalinin evakuasiyası üçün də müəyyən planlar işlənib. Hələlik isə proseslərin inkişaf istiqaməti hərbi əməliyyatların başlanma ehtimalını getdikcə artırır. Bu da bölgədə ümumi vəziyyətə ciddi təsir göstərmək iqtidarındadır.
Nahid SALAYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ