Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin artması ilə Yaxın Şərq coğrafiyasında gərginlik yüksəlməkdə davam edir. Sərhədlərini pozan Rusiya qırıcısını vurmasından sonra bir çox sahədə Türkiyə ilə əlaqələrini məhdudlaşdıran Rusiyanın son addımı isə bölgədə vəziyyətin daha da gərginləşməsinə yol açır.
Baki-xeber.com xəbər verir ki, iddialara görə, Rusiya prezidenti Vladimir Putin "gizli ordu” kimi tanınan rus xüsusi təyinatlılarına bağlı "Spetsnaz” komandolarını Türkiyəyə göndərməyi planlaşdırır.
Federal Təhlükəsizlik Xidməti (FSX) Türkiyə və ABŞ ərazisində gizli hərbi əməliyyatlar keçirmək üçün Rusiya parlamentinə sorğu göndərib…
Əvvəllər Ukrayna kimi ölkələrdə xüsusi missiya yerinə yetirən gizli ordu Türkiyədə xaos yaradacaq tədbirlər planlaşdırır…
Bununla bağlı daha geniş məlumatı "Bakı-Xəbər” qəzetinin sabahkı sayında oxuya bilərsiniz.