"Məzhəb fitnəsi bir daha İslam dünyasını sarsıdır, müsəlmanları qarşı-qarşıya gətirir. Bunu bir üst ağıl idarə edir. Məsələ nədir? İslam dünyasında bir məzhəb savaşı olsun və İslam dünyası öz içində paramparça olsun. Suriyada, İraqda, Yəməndə, Livanda yaşananların arxasındakı ən önəmli səbəbin məzhəb fitnəsi olduğunu bilirik”.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.