"İrana sanksiyalar tətbiq edildikdən sonra neft hasilatını artıran ölkələr bazarı stabilləşdirmək üçün hasilatı azaltmalıdırlar”. APA-nın "RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri İranın OPEC-dəki nümayəndəsi Mehdi Asali deyib. O bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik böhran yanacaq bazarına çox qısa müddətə təsir edə biləcək. Onun fikrincə, ən böyük təhdid həddən artıq olan yanacaq təklifidir.
İranın xarici işlər nazirinin müavini isə "Reuters”ə açıqlamasında İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin pisləşməsinin Suriya danışıqlarına təsir edəcəyini bildirib.