İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib. APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır.
İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan "Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. "Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” - deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.