Almaniya Səudiyyə Ərəbistanına tank satışını dayandırıb. Bu barədə xarici işlər naziri Frank-Walter Steinmeier açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanında şiə din adamı Nimr Baqir Əl Nimrin edam edilməsinin ardından Səudiyyə Ərəbistanı və İran arasında yaşanan gərginlik bu ölkələr silah satan digər ölkələri də gündəmə gətirmişdi.
Artıq Almaniya Səudiyyə Ərəbistanına tank satışını dayandırıb. Alman silah firmaları isə Səudiyyə Ərəbistanı üçün aldıqları silah sifarişlərini təslim etmək üçün məhkəməyə müraciət ediblər.