Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti V çağırış Milli Məclisə keçirilən seçkilərdə partiya qərarından kənar iştirak edən üzvlərlə bağlı son qərar YAP İdarə Heyətinin münasibət bildirməsindən sonra veriləcək.
Bunu Trend-ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. Onun sözlərinə görə, hələki partiyanın İdarə Heyəti bu məsələni müzakirə etməyib: "Həmin üzvlər haqqında son qərar qeydiyyatda olduqları rayon təşkilatları tərəfindən veriləcək, ancaq rayon təşkilatlarından əvvəl partiyanın İdarə Heyəti məsələyə münasibət bildirməlidir”.