Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər. APA-nın məlumatına görə, bunu "News.am" saytına müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bəyan edib.
Onun sözlərinə görə, Qarabağ münaqişə kimi məsələlərin "qaynar” deyil, "soyuq” rejimdə həlli üçün danışıqların aparılması zəruridir: "ATƏT-in Minsk qrupunun fəaliyyəti də buna istiqamətlənib. Əlaqələrin mövcudluğu tərəflərin bir-birilərini daha yaxşı başa düşməsinə gətirib çıxarır və əlavə etimad elementləri yaranır. Əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni heç bir "qaynar” mərhələyə keçid olmadan, danışıqlar aparmaq", deyə İ.Nazaruk bildirib.