İran parlamentinin xarici siyasət üzrə milli təhlükəsizlik komitəsi ölkə XİN-ə müraciət edərək Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri məhdudlaşdırmağa, həmçinin bu ölkədəki dipkorpusunun ştat vahidini minimuma endirməyə çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə komitə sədrinin müavini Huseyn Sübhani-Niya İRNA agentliyinə bildirib. Parlamentari deyib ki, komitənin bu çağırışı Nimr ən-Nimrin edamına cavabdır.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 47 məhbusun barəsində çıxarılan edam hökmünün icrası barədə məlumat yayıb. Şiə vaizi Nimr ən-Nimr də onların arasında olub.