İranın Məşhəd şəhərindəki Səudiyyə Ərəbistanı konsulluğunun yandırıldığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, İranın Fars xəbər agentliyinə görə, şiə din adamının Səudiyyə Ərəbistanı tərəfindən edam edilməsinin ardından bir qrup iranlı Məşəddəki Səudiyyə Ərəbistanı Konsulluğu qarşısında etiraz aksiyası keçirib.
Etiraz aksiyası zamanı nümayişçilərin konsulluqdakı Səudiyyə Ərəbistanı bayrağını endirərək binanın bir hissəsini yandırdığı və şüşələrini qırdığı iiddia edilir.