İran şiə dini lider Nimr al-Nimrin edam edilməsinə görə, Səudiyyə Ərəbistanını təhdid edib.
Baki-xeber.com xəbər erir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Jaber Ansari Nimr al-Nimrin edam edilməsinin Səudiyyə Ərəbistanına baha başa gələcəyini deyib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi vətəndaşları və təhlükəsizlik qüvvələrini hədəf alan terror hücumları planlaşdıran və aralarında şiə dini lider Nimr al-Nimrin də olduğu 47 günahkarın edam edildiyini açıqlayıb. Bu açıqlamadan sonra İrandan bununla əlaqədar sərt açıqlama gəlib. İran Xarici İşlər Nazirliyi sözçüsü bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti terrorçu hərəkətləri və radikalları dəstəkləyir, ancaq təzyiq və edamlarla daxildəki tənqidçiləri susdurur. Səudiyyə hökuməti bu siyasətin cəzasını ödəyəcək.
Onu da qeyd edək ki, Səudiyə Ərəbistanında şiə müsəlmanlar da ayağa qalxıb. Ölkənin şərqində yerləşən El-Katif şəhərində küçələrə çıxan insanlar terrorçuluğa görə, həbs edilən, şiə təriqətinə mənsub olan din adamı Nimr al-Nimrin edam olunmasına öz etirazlarını bildiriblər.
Etirazçılar hakim kral sülaləsi əleyhinə şüarlar səsləndiriblər
Öz növbəsində Bağdaddan olan şiə din xadimi Muktad əl-Sədr İraq hakimiyyətini ölkədə Səudiyyə Ərəbistanının səfirliyini bərpa etmək ideyasından imtina etməyə çağırıb.
Digər bir din xadimi isə deyib ki, dini liderin edamı şiələrlə sünnilər arasında nifaqı gərginləşdirməyə yönəlib və regionda onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.